Elm Tarixi İnstitutu “Kulturologiya və insan kapitalı”  mövzusunda elmi seminar keçirəcək

Elm Tarixi İnstitutu “Kulturologiya və insan kapitalı” mövzusunda elmi seminar keçirəcək

01 İyun 2022, 04:17

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) təşkilatçılığı ilə “Kulturologiya və insan kapitalı” mövzusunda elmi seminar keçiriləcək.

 

Seminarın əsas məruzəçisi qismində «Simurq» Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı, tarix üzrə elmlər doktoru, professor Fuad Məmmədov çıxış edəcək.

                                             

Seminar 8 iyun 2022-ci ildə saat 12:00-da keçiriləcək.  

 

Arzu edənlər iştirak edə bilər. İştirak edənlərin qeydiyyatdan keçməsi vacibdir. Son müraciət  06 iyun 2022-ci il tarixidir.  

 

Qeydiyyat üçün elmtarixi.pr@gmail.com, (012) 5395134, (051) 446 44 76 kontaktları ilə əlaqə saxlayın.

 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35