KİTABLAR

120

“Azərbaycan iqtisadiyyatının prioritetlərinin davamlı inkişafına qeyri-səlis yanaşma” adlı kitab

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımovun həmmüəllif olduğu “Azərbaycan iqtisadiyyatının prioritetlərinin davamlı inkişafına qeyri-səlis yanaşma” adlı kitab nəşr olunub.

Monoqrafiyada sosila-iqtisadi inkişaf göstəricilərinin “soft compüting” (“yumşaq hesablama”) üsullarının, xüsusilə qeyri-səlis metodların tətbiqi məsələləri araşdırılıb. 

Kitabda dünya şöhrətli görkəmli Azərbyacan alimi Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadə) təklif etdiyi riyazi aparatın köməyilə qeyri-müəyyənlik şəraitində kəmiyyət və keyfiyyət göstəricilərini və onların aralıq qiymətlərini riyazi ifadə etmək və iqtisadi-riyazi modellərə daxil etməklə, müxtəlif iqtisadi məsələlərin həlli təklif olunub.

Vəsait iqtisadiyyat və riyaziyyat sahəsində məşğul olan mütəxəssislər və tələbələr üçün nəzərdə tutulub.