“Elm tarİxİ və elmşünaslıq” elmi-nəzəri jurnalı

Jurnalın əsas istiqamətləri elmi tədqiqat metodlarının tarixi, ayrı-ayrı görkəmli alimlərin və elmi məktəblərin yaradıcılığı, müxtəlif kəşflərin tarixi, elmi fəaliyyətin təşkili formalarının təkamülü, əlyazma fondlarından, muzeylərdən və arxivdən toplanan materiallar, elm və texnika tarixi haqqında mənbələrin tədqiqi və nəşri, sənaye sahəsinin inkişaf tarixi, elmin populyarlaşdırılması və s. ibarətdir.
Həmçinin jurnalda elmşünaslığın, onun inkişafı və tarixi aspektlərinin, elmmetriyanın ümumi problemləri, elmi tədqiqatların səmərəliliyinin, elmi-tədqiqat layihələrinin keyfiyyətcə qiymətləndirilməsi problemləri və s. nəşr ediləcəkdir.
Jurnal bu sahə ilə məşğul olan Yaxın və Uzaq xaricdəki bütün alim və tədqiqatçılarla əməkdaşlıq üçün açıqdır.
Jurnalın elektron variantı ilə tanışlıq üçün bu linkə (www.jhsss.net) müraciət edə bilərsiniz.