SOSİOLOGİYA. SOSİAL PSİXOLOGİYA. SİYASƏT elmi araşdırmalar jurnalı

Sosiologiya. Sosial psixologiya. Siyasət elmi araşdırmalar jurnalı “Rezonans” sosial araşdırmalar ictimai birliyi tərəfindən təsis edilmişdir.
Sosiologiya. Sosial psixologiya. Siyasət elmi araşdırmalar jurnalı 18.06.2020-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Mətbu nəşrlərinin reyestrinə daxil edilmə nömrəsi N 4307.
ARƏN Reyestr N : 4307
ISSN (print): 2709-7846
ISSN (online): 2709-7854
ISSN — L: 2709-7846
Jurnalın baş redaktoru – siyasi elmlər doktoru, dosent Ramilə Dadaşovadır.
Jurnal 8 istiqamətdə – sosiologiya, sosial iş, psixologiya, sosial psixologiya pedaqogika, siyasi elmlər, fəlsəfə, tarix ilə bağlı elmi məqalələr yayımlayır.
Jurnal ildə 4 dəfə dərc edilir.
Jurnalda Azərbaycan, türk, rus, ingilis dillərində məqalələr qəbul edilir və bütün məqalələr ekspertlər tərəfindən müsbət rəy aldıqdan sonra dərc olunur.
Jurnalın ilk sayı 2021-ci ilin yanvar ayında dərc edilmişdir.
Jurnalın elektron variantı ilə tanışlıq üçün bu linkə (www.sosiologiya-jurnali.az) müraciət edə bilərsiniz.