ETİ-nin şöbə müdiri Elvin Talışınski Ufada keçirilən beynəlxalq elmi konfransda iştirak edib

ETİ-nin şöbə müdiri Elvin Talışınski Ufada keçirilən beynəlxalq elmi konfransda iştirak edib

25 Aprel 2022, 13:43 / Konfranslar, İclaslar
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski 22 aprel 2022-ci il tarixində Rusiyanın Ufa şəhərində keçirilən “Polimədəni məkanda milli ədəbiyyat və jurnalistika problemləri: tarix, müasir vəzifələr və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfransda iştirak edib.
 
Konfrans Rusiya Federasiyasının Elm və Ali təhsil Nazirliyi, Başqırdıstan Respublikası Elmlər Akademiyası və Başqırdıstan Dövlət Universitetinin birgə təşkilatçılığıyla keçirilib.
 
E.Talışınski konfransda “Populyar elmi jurnalistika elmi biliyin populyarlaşdırılması elementi kimi” mövzusunda məruzəsi ilə çıxış edib.
 
ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35