ETİ-nin şöbə müdiri Elvin Talışınski Türkiyədə ənənəvi keçirilən beynəlxalq elmi konfransda iştirak edib

ETİ-nin şöbə müdiri Elvin Talışınski Türkiyədə ənənəvi keçirilən beynəlxalq elmi konfransda iştirak edib

29 Aprel 2022, 12:04 / Konfranslar, İclaslar
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) “Elmşünaslıq və elmin sosial problemləri” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski 29 aprel 2022-ci il tarixində Türkiyənin Ərzurum şəhərində ənənəvi olaraq keçirilən 4-cü Beynəlxalq Palandöken Elmi Araşdırmalar Konfransında iştirak edib.
 
Türkiyə, Azərbaycan, Əlcəzair, Belçika, Gürcüstan, Hindistan, İraq, Moldova, Mərakeş, Nigeriya, Pakistan, Rumıniyadan olan alimlərin iştirakı ilə keçirilən konfransda gənc alim “Sosial bir qurum olaraq modern elmin meydana gəlməsi” mövzusunda məruzəsi ilə çıxış edib.
E.Talışınski həmçinin, konfransın II seksiyasının moderatoru qismində də iştirak edib.
 
ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35