ETİ-nin Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları Cümhuriyyət gününə həsr olunmuş  Respublika konfransında iştirak ediblər

ETİ-nin Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları Cümhuriyyət gününə həsr olunmuş Respublika konfransında iştirak ediblər

27 May 2022, 16:49 / Tədbirlər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları 25-26 may 2022-ci il tarixində Bakı Avrasiya Universiteti Türkoloji Araşdırmalar Mərkəzinin müstəqillik günü münasibətilə təşkil etdiyi “Müstəqil Azərbaycan: gerçəklik işığında” adlı Respublika Konfransında iştirak ediblər.

Konfransda Təbiət və dəqiq elmlər şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent  Vüsalə Həsənova “Kriminastika elminin yaranma tarixi”, həmin şöbənin əməkdaşları – tarix üzrə fəlsəfə doktoru, dosent Nazilə Soltanova “Xronometrik vaxt ölçücü qurğusu -  Kültəpə arxeoloji tapıntıları arasinda su saati”  və elmi işçi Aybəniz Osmanova “Çində riyaziyyat elmi” mövzusunda məruzə ediblər.

Qeyd edək ki, iki gün davam edən konfrans dil, ədəbiyyat, tarix, siyasət, təhsil, iqtisadiyyat, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, idarəetmə, fəlsəfə, sosiologiya, turizm kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirəsi, qarşılıqlı təcrübə və yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsi, gələcəkdə Azərbaycanda keçiriləcək bu və ya oxşar layihələrə zəmin hazırlanması kimi müxtəlif aspektlərdə işlərin aparılması məqsədini daşıyıb. 

Konfrans iştirakçılarına sonda sertifikatlar təqdim olunub.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35