ETİ-nin şöbə müdiri, tarixçi Bayram Quliyev “Kitabi-Dədə Qorqud” dastanının 3-cü əlyazmasının tədqiqi” adlı elmi seminarda iştirak edib

ETİ-nin şöbə müdiri, tarixçi Bayram Quliyev “Kitabi-Dədə Qorqud” dastanının 3-cü əlyazmasının tədqiqi” adlı elmi seminarda iştirak edib

31 May 2022, 16:14 / Tədbirlər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev BDU-nun Filologiya fakültəsinin “Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının təşkilatçılığı ilə keçirilmiş “Kitabi- Dədə Qorqud” dastanının  3-cü əlyazmasının tədqiqi”  adlı elmi seminarda iştirak edib.

 

B.Quliyev tədbirdə “Türkmən Səhra” əlyazma nüsxəsi ilə birbaşa bağlı olan qaynaqlar” və “Digər türkdilli qaynaqlar” mövzusunda araşdırmalarını təqdim edib.

 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35