ETİ-nin şöbə müdiri Elvin Talışınski Türkmənistanda keçirilən beynəlxalq elmi konfransda iştirak edib

ETİ-nin şöbə müdiri Elvin Talışınski Türkmənistanda keçirilən beynəlxalq elmi konfransda iştirak edib

14 İyun 2022, 14:00 / Konfranslar, İclaslar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski Türkmənistanda beynəlxalq elmi konfransda iştirak edib.

Paytaxt Aşqabad şəhərində təşkil edilmiş konfrans ölkə Prezidentinin sərəncamına uyğun olaraq “Qüdrətli dövlətin yeni dövrünün dirçəlişində elm, texnologiya və innovativ texnologiyalar” mövzusuna həsr olunub.

Elvin Talışınski tədbirdə “Elmşünaslıqda alimlərin elmi kommunikasiyası məsələsinə dair” adlı məruzə ilə çıxış edib.

Beynəlxalq konfransa Belarusiya, Rusiya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Bolqarıstan, Özbəkistan, Ermənistan, Koreya, Çin, Yaponiya, Macarıstan, İran, Almaniya, Pakistandan olan alimlər qatılıb.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35