ETİ-nin şöbəsinin müdiri, dosent Vüsalə Həsənovanın “Ekoloji təhsil və mədəniyyətin formalaşdırılması” mövzusunda müsahibəsi dərc olunub

ETİ-nin şöbəsinin müdiri, dosent Vüsalə Həsənovanın “Ekoloji təhsil və mədəniyyətin formalaşdırılması” mövzusunda müsahibəsi dərc olunub

07 Sentyabr 2022, 16:57 / Müsahibələr, çıxışlar
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Təbiət və dəqiq elmlər şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Vüsalə Həsənovanın “Бакинский рабочий” qəzetində “Ekoloji təhsil və mədəniyyətin formalaşdırılması” mövzusunda müsahibəsi dərc olunub.
 
Müsahibədə ekoloji şüurun məzmununun əsas komponenti olaraq həyatın dəyərini və onun tənəzzül təhlükəsini, həmçinin, təbiət resurslarının məhdudiyyətini dərk etmək və s. qlobal mövzulardan bəhs olunub.
 
Alim, təbii sistemlər arasında tarazlığın yaradılması zərurətini oxucuların diqqətinə çatdıraraq, ekologiyanın təhsil və mədəniyyətdəki yeri və rolu ilə bağlı bir sıra məqamlara toxunub. Müsahibədə, həmçinin Azərbaycanda ətraf mühitin qorunması istiqamətində atılan addımların ilk növbədə təhsil və informasiya mühitində əhalinin məlumatlandırılmasından qaynaqlandığı vurğulanıb, dünyada və ölkəmizdə ekoloji təhsil və mədəniyyətin xronoloji inkişafının müqayisəli təhlili aparılıb və ali təhsil ocaqlarında tədris olunan ekologiya ilə bağlı fənlər haqqında da ümumi məlumat verilib.
 
 
ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35