ETİ-nin şöbə müdiri ARB televiziya kanalına tarixi Zəngəzur torpaqları ilə bağlı müsahibə verib

ETİ-nin şöbə müdiri ARB televiziya kanalına tarixi Zəngəzur torpaqları ilə bağlı müsahibə verib

23 Sentyabr 2022, 16:50 / Müsahibələr, çıxışlar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm tarixi İnstitutunun (ETİ) Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev ARB televiziya kanalına Zəngəzurun tarixi Azərbaycan torpağı olması, Paris sülh konfransına təqdim olunan xəritə və onun çağdaş siyasi proseslərə tətbiqi ilə bağlı müsahibə verib.

 

Alim müsahibəsində qeyd edib ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğuna görə onun hazırki sərhədləri də o dövrki sərhədlərə uyğunlaşdırılmış formada müəyyən olunmalıdır. B.Quliyev, həmçinin bildirib ki, Azərbaycanın Zəngəzur mahalı Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-1922-ci illər ərzində ardıcıllıqla Ermənistana birləşdirilib.

 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35