“Azərbaycan elmi: dünən və bu gün” mövzusunda elmi seminar keçirilib.

15.05.2019 15:24
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Xəzər Universiteti Sumqayıt Dünya məktəbinin yuxarı sinif şagirdləri üçün “Azərbaycan elmi: dünən və bu gün” mövzusunda elmi seminar keçirilib.

Elm Tarixi İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Röya Mirzəbəyova bu cür tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında, elmə marağının artırılmasında və gələcək peşə seçimlərində böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Röya Mirzəbəyova “Azərbaycanda elmin inkişaf tarixi”, institutun Həmkarlar İttifaqı Komitəsinin sədri Aynur Nəzərova “Azərbaycan elminin inkişafında AMEA-nın rolu”, müəssisənin təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşı Solmaz Namazova isə “AMEA-nın Elm Tarixi İnstitutunun yaranması və fəaliyyəti” mövzularında məruzələrlə çıxış ediblər.

Sonra gənc alimlər elm tarixi haqqında şagirdləri maraqlandıran sualları cavablandırıblar.