Dosent Zaur Əliyev ATMU-da keçirilən seminarda

18.05.2019 10:19
img

17 may 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Tətbiqi Tədqiqatlar Fondu “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin fəsadlarının işıqlandırılması və onların qarşısının alınması yolunda Azərbaycanın mövqeyinin təbliği” layihəsi çərçivəsində ATMU ilə birgə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və onun inkişaf dinamikası” mövzusunda seminar keçirmişdir. AMEA Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin dəvət aldığı seminarda ATMU-nun müəllimləri, tələbələr, KİV və QHT nümayəndələri iştirak etmişlər. Tədbirdə alim və müəllimlər, həmçinin QHT rəhbərləri çıxış etmişlər. Dosent Zaur Əliyev “Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin problemləri” mövzusundakı çıxışında beynəlxalq təşkilatların bu məsələyə münasibətindəki ziddiyyətli məqamlar və onların səbəbləri barədə maraqlı məqamları vuğulamışdır. Çıxışçı əsaslı faktlarla sübut etmişdir ki, ilk baxışda Minsk Qrupunun ilk baxışda sadəcə passivlik təəsüüratı bağışlayan fəaliyyətsizliyi, əslində həmin Qrupun ayrı-ayrı üzvlərinin fərdi maraqlarının təzahürüdür.