2019-cu ilin fevralından may ayınadək Azərbaycan Turizm və Menecment İnstititutu bir qrup tələbəsi AMEA Elm Tarixi İnstitutunda istehsalat təcrübəsi keçdilər.

24.05.2019 12:10
img

2019-cu ilin fevralından may ayınadək Azərbaycan Turizm və Menecment İnstititutu bir qrup tələbəsi AMEA Elm Tarixi İnstitutunda istehsalat təcrübəsi keçdilər. Bir-birindən savadlı və tərbiyəli bu gənclər qısa müddətdə sanki kollektiv üzvlərinə çevrilmişdilər. 3 aylıq təcrübə ərzində tələbələrin alimlərimizdən eşitdiyi tövsiyyələrə son dərəcə diqqətlə yanaşdıqlarının, tapşırıqları məsuliyyətlə yerinə yetirdiklərinin şahidi olduq. Biz də bacardıqlarımızdan, illərin təcrübəsiylə qazandıqlarımızdan öyrətməyə çalışdıq onlara. Ümid edirik ki, bu gənclər öz bilik və bacarıqları ilə Vətənə, doğma Azərbaycana böyük töhfələr verəcəklər. Sizə uğurlar əziz gənclər!