Hüquq üzrə elmlər doktoru Zaur Məmmədovun nüfuzlu elmi jurnalda “hüquq elminin təşəkkülü və formalaşması”na həsr olunmuş məqaləsi dərc olunmuşdur.

14.06.2019 14:27
img

Elm Tarixi İnstitutunun baş elmi işçisi, hüquq üzrə elmlər doktoru Zaur Məmmədovun çox nüfuzlü elmi jurnallardan biri olan Milli Aviasiya Akademiyasının “Elmi Məcmuələr”ində “Hüquq elminin təşəkkülü və formalaşması” adlı məqaləsi dərc olunmuşdur.

Məqalədə qeyd olunur ki, hüquq elmi birdən-birə və yaxud təsadüf nəticəsində yaranmamışdır. Onun meydana gəlməsinə və inkişafına təbii-tarixi proseslərin, o cümlədən bəzi mühüm ictimai hadisələrin böyük və mühüm təsiri olmuşdur. Hüquq elmi hüququn əmələ gəlməsini, inkişafını və fəaliyyətini xronoloji ardıcıllıqla öyrənir. Bu, həm də müxtəlif tarixi dövrlərdə yaranmış ayrı-ayrı dövlətlər çərçivəsində öyrənilir. Belə ki, hüquq elminin tarixinin müxtəlif mərhələlərində həmin elmin məzmununda, predmetində və strukturunda müvafiq dövrün (ictimai formasiyanın) tələblərinə uyğun surətdə müəyyən dəyişikliklər baş vermişdir.

Aparılmış tədqiqatlar nəticəsində müəllif elə nəticəyə gəlir ki, hüquq elmi özünün dəqiq olmasa da, təqribi tarixinə malikdir və bu, uzun sürən bir proses olmuşdur. Hüquq elminin inkişafı (tarixi inkişaf mərhələlərindən asılı olmayaraq) daha çox siyasi-hüquqi fikrin, ideya və nəzəriyyələrin, təlimlərin, müxtəlif konsepsiya və doktrinaların inkişafı ilə bağlıdır. Bu prosesdəki müvafiq dövrün yalnız ideologiyası hüquqa təsirsiz ötüşmür.