f.ü.e.d. Ələddin Məlikovun Azərbaycan İlahiyyat İnstitutunun “Din Araşdırmaları” jurnalında “SƏDRƏDDİN ŞİRAZİNİN “XƏLQUL- ƏMAL” TRAKTATININ TƏRCÜMƏ VƏ ŞƏRHİ” adlı məqaləsi dərc olunmuşdur.

04.07.2019 13:28
img

Elm Tarixi İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Ələddin Məlikovun çox nüfuzlü elmi jurnallardan biri olan Azərbaycan İlahiyyat İnstitutunun “Din Araşdırmaları” jurnalında “SƏDRƏDDİN ŞİRAZİNİN “XƏLQUL- ƏMAL” TRAKTATININ TƏRCÜMƏ VƏ ŞƏRHİ” adlı məqaləsi dərc olunmuşdur.

Məqalədə qeyd olunur ki, Sədrəddin Şirazi çoxlu mövzularda traktatlar yazmışdır. İradə azadlığı (cəbr və ixtiyar) barədə tədqiq etdiyi ən başlıca və dərin elmi məzmuna malik əsəri “Xəlqül-ə`mal”, yəni “Əməllərin yaranması əsəridir. Bu əsər “Cəbr və İxtiyar” barəsindədir. Tərcümə və şərh olunan əsərdə o, insanın əməllərində məcburi olması və yaxud ixtiyara sahib olması, iradənin azad olması barədə özündən əvvəlki filosof və kəlamçıların (mütəkəllimlərin) fərqli fəlsəfi fikirləri və əsas nəzəriyyələrini toplamış həmçinin arqumentlərlə birgə araşdırmışdır. O, bu araşdırmada müxtəsər şəkildə o dörd əsas fəlsəfi fikri irəli sürür. Daha dəqiq desək, fəlsəfə tarixində olan üç nəzəriyyəni arqumentlərlə birgə ortaya qoyur, sonra elmdə dərin olanlara aid etdiyi dördüncü nəzəriyyəni dəlilləri ilə birlikdə verir. Məhz bu səbəbdən “Transsendental fəlsəfə” məktəbi bu nəzəriyyəni daha üstün hesab edir.



https://www.researchgate.net/publication/334225149_SDRDDIN_SIRAZININ_XLQUL-_MAL_TRAKTATININ_TRCUM_V_SRHITHE_TRANSLATION_AND_INTERPRETATION_OF_SADR_AL-DIN_SHIRAZI'S_KHALQ_AL-A'MAL_TREATISE