Azərbaycan və Rusiya Elm Tarixi İnstitutları arasında elmi əməkdaşlıq davam edir.

18.07.2019 13:11
img

AMEA-nın Elm Tarixi İnstitutu yeni yaranmasına baxmayaraq qısa müddət

ərzində çox böyük işlər görmüşdür. Fəaliyyəti dövründə Elm Tarixi İnstitutu

dünyanın bir sıra aparıcı elmi təşkilat və müəssisələri, o cümlədən Rusiya Elmlər

Akademiyasının S.İ.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun

Sankt-Peterburq filialı ilə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmışdır. 2019-cu il 17

iyul tarixində həmin institutun direktoru, sosiologiya üzrə fəlsəfə doktoru Nadejda

Aşeulova Azərbaycana işgüzar səfərə gəlmişdir. Rusiyalı alim AMEA-nın Rəyasət

Heyətində olmuş, AMEA vitse-prezidenti, akademik İsa Həbibbəyli və Elm Tarixi

İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli ilə

görüşmüşdür. Görüş zamanı rusiyalı alimə AMEA Elm Tarixi İnstitutunun əldə

etdiyi nailiyyətlər və aparılan tədqiqat işləri barədə məlumat verilib, eləcə də

Rusiya-Azərbaycan münasibətlərinin tarixi, ikitərəfli münasibətlərin inkişaf

perspektivləri, ölkəmizin regionda strateji rolu və həyata keçirilən proqramlardan

bəhs edilib.

Sonda Nadejda Aşeulova AMEA Elm Tarixi İnstitutu ilə birgə layihələrin və

elmi araşdırmaların davam etdirilməsində maraqlı olduğunu vurğulayıb.