Elm Tarixi İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

27.09.2019 18:07
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda 27 sentyabr 2019-cu il tarixdə Elmi Şuranın növbəti iclası keçirilib.

Elm Tarixi İnstitutunun nəşrə hazırladığı “Tibbin korifeyləri”, “Tibbin tarixşünaslığı” kitabları barədə məlumat verən İnstitut direktoru Məryəm Seyidbəyli nəşrlərin Azərbaycan elmi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra hüquq üzrə elmlər doktoru Zaur Məmmədovun “Hüquq elminin təşəkkülü, formalaşması və inkişafının xüsusiyyətləri (tarix və müasirlik)”, tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlının “Diasporologiya” kitablarının qısa xülasəsi təqdim edilib, nəşrlərə münasibət bildirilib.

İclasda Azərbaycanda elan edilmiş “Nəsimi ili” ilə əlaqədar keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransın və Azərbaycan Xalq Cümhuriyyətinin əsas simalarından olan Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə bağlı dəyirmi masanın təşkil edilməsi qərarı təsdiq olunub.