Elm Tarixi İnstitutunda Yeni Azərbaycan Partiyasının iclası keçirilib

25.10.2019 17:03
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda (ETİ) 25 oktyabr 2019-cu  il tarixdə Yeni Azərbaycan Partiyasının (YAP) iclası keçirilib.

Tədbirdə YAP-ın Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov, Elm Tarixi İnstitutunun direktoru və elmi müəssisənin əməkdaşları iştirak ediblər.

İclasda çıxış edən YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov partiyanın yaranma tarixindən, təşkilatın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan uğrunda misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün gördüyü işlərdən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb. T.Əhmədov çıxışının sonunda İnstitut heyətinə, partiya üzvü olan hər bir əməkdaşa dövlət quruculuğunda, Azərbaycan naminə fəaliyyətlərində uğurlar diləyib.

Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli bütün sahələrdə olduğu kimi, ölkəmizdə elmə, təhsilə xüsusi diqqət yetirildiyini qeyd edib. Elmi müəssisənin rəhbəri vurğulayıb ki, hər birimiz özümüzü dövlətin əsgəri hesab edirik və dövlətçiliyimizin, elmimizin daha da inkişafı üçün İnstitut heyəti olaraq var gücümüzlə çalışırıq.

İclasda Elm Tarixi İnstitutunun Yeni Azərbaycan Partiyasının özək təşkilatının İdarə Heyətinin üzvləri müəyyənləşib, sədr və sədr müavinləri seçilib.

 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35