Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru, dosent Məryəm Seyidbəylinin "Elm" qəzetində "Nəsimi obrazının ekranda təcəssümü" adlı yeni məqaləsi dərc olunub

20.12.2019
img

Nəsimi obrazının ekranda təcəssümü

Məlumdur ki, orta əsrlər dövrü bütövlükdə Yaxın Şərqdə, eləcə də Qafqazda özünün bütün təzahürlərində, o cümlədən elmdə, ədəbiyyatda, fəlsəfədə və nəhayət təsviri sənətdə çox rəngarəng və çox simalı olmuşdur.

Axı, təsadüf deyil ki, elmi ədəbiyyatda “müsəlman intibahı” termini möhkəm yer almışdır. Şübhəsiz ki, bu regionun və bu dövrün ədəbiyyatı, xüsusilə poeziyası qabaqcıl yerlərdən birini tutur.

Orta əsrlərin Şərq poeziyasının müstəsna xarakteri bundadır ki, burada insani hisslərin (həyat və ölüm, cəmiyyətdə öz yerinin tapılması, həyatın mənası məsələlərinin axtarışı) mürəkkəb aləminin ifadə edilməsi ilə yanaşı lakonik, təkmil formada aparıcı fəlsəfi cərəyanların ideyaları da özünün ifadəsini tapmışdır. Şərqin şairləri mənəviyyat, xeyirxahlıq və mərhəmət, nəhayət müstəqil təfəkkürə və müasiri olduqları cəmiyyətin sosial və siyasi həyatının mövcud təbii şəraitinə müstəsna olaraq fərdi münasibətini bildirməyə səy göstərmişlər. Şərqin ustad şairlərinin poetik yaradıcılığında təsvir edilən ideal insan – saf qəlbli azad şəxsiyyətdir.

Azərbaycanın orta əsrlər mədəniyyətində parlaq hadisə, poetik irsi, şübhəsiz ki, Şərqin poeziya xəzinəsində mərkəzi yerlərdən birini tutan İmadəddin Nəsiminin yaradıcılığıdır. Buna görə də ədalətli haldır ki, Azərbaycan Respublikasının Prezidentinin qərarı ilə 2019-cu ilin Nəsimi ili elan etməsi bu dahi şairin həyat və yaradıcılığının öyrənilməsinə, onun şəxsiyyətinə və yaradıcılığına marağın artmasına güclü təkan vermişdir. Bu məqalə də biz “Nəsimi” filmində mütəfəkkirin həyat və yaradıcılığını yenidən yaradan “Nəsimi” filmində əksini tapmış əsl tarixi faktlara söykənərək şairin həyatının tarixini, onun mənəvi axtarışlarını canlandırmağa cəhd göstərmişik.

Tədqiqatın məqsədi vətən kinomatoqrafında şairin və onun poeziyasının reprezentasiyasının xüsusiyyətləri ilə bağlı əsas məsələləri işıqlandırmaqdır. Şairin ekranda göstərilən obrazı necədir? Müəlliflər şairin şəxsiyyətinə və onun əsərlərinə müraciət edərkən qarşılarına hansı məqsədi qoymuşlar və böyük sufi filosof şairin obrazının konsepsiyası tarix boyu hansı dəyişikliklərə məruz qalmışdır?

Qeyd etmək lazımdır ki, Nəsimi obrazı – onun faciəli taleyi, onun həqiqətən də baxışlarının humanist təbiətinin bütün genişliyi ilə əks etdirən əsli-bərabəri olmayan bədii irsi Azərbaycan incəsənətinin ən müxtəlif sahələrində sənət xadimlərinin diqqətini dəfələrlə cəlb etmişdir. Azərbaycan sənətkarlarının əsərləri içərisində bir sıra təsviri sənət əsərləri, qrafik işləri və nəhayət bu dahi şairə həsr olunmuş heykəltaraşlıq nümunələrini görmək olar.

Lakin kinomatoqrafda təsvir edilmiş Nəsimi obrazı ayrıca söhbət mövzusudur. Film sintetik janrdır. Ekranlaşdırma prosesində isə kino ilə ilkin mənbə olan ədəbi əsərin qarşılıqlı təsiri məsələsi həmişə kinoşünasların diqqət mərkəzində olmuşdur. ekranlaşdırma necə olmalıdır? Ilkin ədəbi mənbəyə olduğu kimi riayət edilməlidir, yaxud bu və ya digər ədəbi abidələrdə verilmiş fabulanın azad, sərbəst şərhi olmalıdır? Cari, müasir tarixi dövrün spesifikasını nəzərə almaqla klassik ədəbi irsin nümunəsini müasir ekranlaşdırılmasında kənaraçıxma mümkündürmü? Görünür, bu məsələlər cənab yaradıcılıqda fərdi mövqeyindən, yaxud indiki konkret halda qoyduqları vəzifələrdən asılı olaraq filmin müəlliflərinin – ssenaristin və rejissorun öhdəsinə buraxılır.

Bizim üçün aydındır ki, nə qədər dəqiq olsa da bədii əsərin ekranlaşdırılması özündə tamailə yeni bədii nəticə çıxardır, çünki kinomatoqraqf hər bir bədii yaradıcılıq növü kimi, özündə tamailə özünəməxsus spesifikanı daşıyır.

Tanınmış elm və mədəniyyət xadimlərinin həyat və yaradıcılığı, onların şəxsiyyətlərinin fərdi xüsusiyyətləri lap çoxdan kino rejissorlarını cəlb etmişdir. Vətən kinomatoqraflarının yüz ildən çox maarifi ərzində böyük Azərbaycan şairlərinə bir çox filmlər həsr edilmişdir. Belə filmlərin təhlilinə müraciət edərkən qeyri-ixtiyari olaraq filmdə bu və ya digər şairin bioqrafiyasında məhz hansı faktlar üzərində diqqətdə saxlayırsan, burada hansı real tarixi şəxsiyyətlərdən söhbət gedir. Biz istərdik ki, yuxarıda dediklərimizi nəzərə almaqla “Azərbaycanfilm” studiyasının eyni adlı filmi – “Nəsimi” obrazının təhlili üzərində dayanaq.

Kinodramaturq H.Seydibəylinin Nəsimi şəxsiyyətinə müraciət etməsinin bir səbəbi Nəsiminin Azərbaycan poeziyasında tutduğu yerdir. Dövrün əsas hadisələri ilə əvvəlcədən tanış olan filmin müəllifi qəhrəmanların hisslərini, onların xarakterini, zamanın ruhunu “bərpa etmək” üçün köhnə freskalara ikinci həyat verən restovrasiyaların, bərpaçıların etdikləri kimi qəhrəmanların porterlərini zərrə-zərrə toplamışdır. Qeyd etmək lazımdır ki, Nəsimi obrazı milli azərbaycan mədəniyyətinin millətlər və hər şeyi əhatə edən sintezinin təcəssümü olan Nəsimi obrazı şairin irsinin ideoloji şərhinin mərkəzi mövzularından biridir.

Bütün həyatı boyu bu şair və mütəfəkkir öz müasirlərində insanları məngənədə saxlayan dini ehkamlardan azad etməyə, ruhunu oyatmağa cəhd göstərmişdir. Onun əsərlərinin, eləcə də onun bioqrafiyasının faktlarının populyarlaşdırılması zərurətini duymaq onunla nəticələnmişdir ki biz çox ədəbiyyatşünaslar, dinşünaslar, şərqşünaslar və mədəniyyət tarixçiləri ona maraq göstərmişlər. Lakin kino sənəti sahəsində bu obraz özünün təcəssümünü ilk dəfə H.Seyidbəylinin filmində tapmışdır. Böyük Azərbaycan yazıçısı və tənqidçisi Anarın qeyd etdiyi kimi “H.Seyidbəylinin böyük xidməti, bizcə, ilk yaxşı tarixi filmin – Nəsimi filminin çəkilməsidir. “Nəsimi” bizim studiyada gələcək tarixi filmlər üçün bir növ tramplin olmuşdur”.  Böyük şairin bütün bioqrafiyasının vasitəsilə müəllif onun yaradıcılıq ənənəsini vermiş, bir növ ona müxtəlif mövqelərdən və müxtəlif nəzər nöqtəsindən yanaşmışdır.

Şübhəsiz ki, kitabın ekranlaşdırılması onun populyarlaşmasına kömək edir. Kinomatoqrafların vizual obrazları tamaşaçıya güclü emosional təsir göstərərək onun şüurunda müstəqil fərdi qavrama yaradır və onun qəlbində geniş hisslər amplitudası oyadır. Son nəticədə bu təsir tamaşaçılarda təşəkkül tapan, yaxud dəyişən dəyərlər sistemində əks olunur ki, bu da şübhəsiz ki, cəmiyyətin həyatında kinomatoqrafın bir incəsənətin növü kimi rolunu tamamlayan faktordur. Nəsiminin ekran təcəssümündə poetik nüfuzu daha çox elə bir kanal olmuşdur ki, bunun vasitəsilə filmin yaradıcılığı dövrdə, yəni 1970-ci illərdə prioritet sayılan ideya dəyərləri özünün hiss edilən təcəssümünü tapmışdır.

V. Leninin bu günə qədər əhəmiyyətini itirməmiş ifadəsi: “bütün incəsənətlərdən bizim üçün ən vacibi kinodur” ifadəsidir. Ekranın cazibədarlığı elə bir mifologiya yaradır ki, onun köməkliyi ilə mədəniyyətdə insan davranışının yeni modellərinin təsdiqi baş verir. Ekran mədəniyyəti sözün həm geniş mənasında, həm də dar mənasında miflər yaradır.

Mədəniyyətin yaddaşı həmişə seçimlidir. O, labüd olaraq müəllifin mövqeyi ilə, onun estetik, etik, vətəndaş baxışları ilə vurğulanır.

1970-ci illər sovet mədəniyyətində incəsənətdə əsl yeni uğurlar və kəşflər dövrü olmuşdur. Anar özünün H.Seyidbəylinin yaradıcılığı haqqında məqaləsində yazır: Mən çox zaman “altımışıncılar” yazanda mənə irad tuturlar ki, mən məhz bu nəslin uğurlarını şişirdirəm və mən dəfələrlə izah etməli olmuşam ki, 60-cı illərin ədəbiyyatı və incəsənətindəki mərhələlərindən danışarkən mən yalnız həmin illərdə işləməyə başlamış gənc sənətkarlar nəslini nəzərdə tutmuram. Mən yaşlı nəslin də yeni istiqamətdə işləməyə imkan verən zamanın özünü nəzərdə tuturam”, yəni yeniliyə meyilli olan şairlər, yazıçılar, təsviri sənət adamları, bəstəkarlar, teatr və kino xadimləri məhz 60-70-ci illərdə özlərinin ən mühüm əsərlərini yaratmışlar.

Kinomatoqrafın seçdiyi mövzu və estetika illər keçdikcə öz əhəmiyyətini və aktuallığını saxlayır. Kino, bəlkə də yeganə informasiya kanalıdır ki, həm poeziya, həm də çox sub mədəniyyətlərlə səmimi həmrəyliyi ifadə edir.

“Nəsimi” filmində hərtərəfli aktyor seçimində Həsən Seyidbəyli əsl aktyor ustalığının sirlərini aça bilirdi. Burada zəngin aktyor politrasın xüsusi qeyd etmək istərdik, çünki məhz bunun sayəsində ekranda şairin, əzmkar, cəmiyyətdə insan hüquqları uğrunda mübariz ruhun azadlığını ifadə edən, öz müasirlərini “problemin kökünə” baxmağa səsləyən mütəfəkkirin qabarıq, aydın, nəcib obraz yaradılmışdır.

“Nəsimi” filmi öz dövrünün ictimai reallığını dərketmə aləti kimi çıxış edərək zamanda müasir cəmiyyətin mənəvi aləmini zənginləşdirmişdir.

Azərbaycan kinomatoqrafında görkəmli kinorejissorlardan olan Həsən Seyidbəyli sənətkarın və alimin müxtəlif cəhətlərini özündə birləşdirə bilən obrazını yaratmışdır. Şübhəsiz ki, kinomatoqrafın və ədəbiyyatın “yaxın” və “uzaq” qohumluğu məsələsində onun öz mövqeyi olmuşdur.

“Nəsimi” filmində baş rolun ifaçısı Rasim Balayev sadəcə öz rolunu “oynamaqla” kifayətlənməmişdir. Bu və ya digər obrazı canlandırmaq, hər şeydən əvvəl, personajın daxili nüvəsini, məğzini başa düşməyi tələb edir. Bu və ya digər qəhrəmanın “fizionomiyası” şəxsi keyfiyyələri labüd olaraq jestdə, yerişində, başının hərəkətində belə üzə çıxır. Rejissorun aktyorla son dərəcə dəqiq, bəzən coşqun bir halda işləməsi sayəsində ekranda gözlərimiz önündə həqiqətən də bütöv, üzvü bir obraz canlanır, buna görə də tamaşaçıda personajın həqiqiliyinə zərrə qədər də şübhə qalmır Rasim Balayev Nəsiminin təbliğ etdiyi fikirlərə hiss və həyacan qataraq tamaşaçılara çatdırmışdır. Və yalnız bu zaman tamaşaçı ilə filmin xüsusi birgə yaşantısı, şərtsiz emosional və mənəvi əlaqə yaranır. Bəlkə də məhz bunun xatirinə böyük və “ən vacib” sənət – kino sənəti mövcuddur. Kinorejissor kinoda poetik (ədəbi) qəhrəmanın statusuna xüsusi yer ayırır. Nəsillərin, xalqların sevdiyi ədəbi qəhrəman, öz qeyri-adi taleyilə, mübarizəsilə oxucunu həyacanlandıraraq, ekranda öz ömrünü uzadaraq, artıq tamaşaçı oxucusu qarşısında olmuş, hər bir gizli nəfəsilə görünən və eşidilən qəhrəman kimi durur. “Heç bir incəsənət tarixi şəxsiyyətlərin canlandırılması qeyri-məhdud imkanlara malik olan kino sənəti ilə rəqabət apara bilməz”.

   

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35