Elm Tarixi İnstitutunun əməkdaşı fəlsəfə elmləri doktoru Ələddin Məlikovun “Din araşdırmaları jurnalında yeni məqaləsi dərc olunub

28.12.2019
img

İslam düşüncəsində kamil insan konsepsiyasının aktuallığı

Xülasə: “Kamil insan” konsepsiyası irfan və transendental fəlsəfənin ontologiyasının əsas predmetləindən biri olub. İbn Ərəbi və Sədrəddin Şirazinin fəlsəfi dünyagörüşündə geniş müzakirə obyektinə çevirilmişdir. Bu konsepsiya irfanda ilk dəfə İbn Ərəbi tərəfindən irəli sürülmüşdür. Kamil insan İbn Ərəbiyə görə nin görüşündə haqqın bütün isimlərinin təcəllasıdır. İbn Ərəbinin nəzərincə, kamil insan yaradılışın mükəmməl modelidir.

Kamil insan Sədrəddin Şirazi fəlsəfəsində aləmlə insanlar arasında ilahi feyz vasitəsi kimi xarakterizə olunur. O, varlığın obyektivliyi nəzəriyyəsi əsasında, kamil insanın aləm və insanla əlaqəsi haqqında İbn Ərəbidən fərqli fikirlər irəli sürür. O kamil insanı təbiət aləmi və metafizik aləm arasındakı əlaqələndirici hesab edir. Ona görə, kamil insan, insan və aləm arasında harmoniya yaradır.
Bu məqalədə İbn Ərəbi və Sədrəddin Şirazinin insan və kamil insana dair nəzəriyyələrini təsvir, təhlil, müqayisə və bəzən də tənqid edərək, mövzunu nəzərdən keçirmişik. Nəticə olaraq, bu xüsusda Sədrəddin Şirazinin İbn Ərəbidən fərqli fikir irəli sürdüyünü göstərmişik.