Elm Tarixi İnstitutunda Rusiyalı qonaqlarla görüş keçirilib

06.03.2020
img

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin nümayəndəsi xanım Anna Naniyeva və Azərbaycanda işgüzar səfərdə olan Rostov vilayəti qubernatorunun həyat yoldaşı Olqa Qolubeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutununun (ETİ) qonağı olublar.
Ziyarət əsasında keçirilən görüşdə Elm Tarixi İnstitutunun direktoru, tarix elmlər doktoru Məryəm Seyidbəyli rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyət istiqamətləri, burada aparılan tədqiqatlar barədə qonaqlara məlumat verib. O, həmçinin Azərbaycan-Rusiya əlaqələrinin tarixi, inkişaf perspektivləri və ölkəmizin regionda strateji rolu və ölkələr arası elmi-mədəni mübadilələrdən, İnstitutun Rusiya elmi müəssisələri ilə mövcud əməkdaşlığından, həyata keçirilmiş layihələrdən bəhs edib.

Qonaqlar öz növbəsində təmsil etdikləri qurumlar barədə məlumat verərək, ölkələr arasında birgə elmi-mədəni layihələrin həyata keçirilməsindən məmnunluqlarını bildiriblər.
Sonda Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli rusiyalı qonaqlara kitablar hədiyyə edib.


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35