Elm Tarixi İnstitutu Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr olunan elmi konfrans keçirəcək

27.04.2020
img

29 sentyabr 2020-ci il tarixində AMEA Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə Azərbaycanın görkəmli yazıçısı, ictimai-siyasi xadim Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyinə həsr edilən “Nəriman Nərimanovun irsi və onun Azərbaycan ictimai siyasi fikrində yeri" mövzusunda elmi konfrans keçiriləcək.

Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar 01 sentyabr 2020-ci il tarixinə qədər məruzələrinin tam mətnlərini elmtarixi@gmail.com elektron ünvanına göndərə bilərlər.

Məruzə tezislərinin və məqalələrin tərtibi qaydaları: Həcm: Tezis üçün 1-2 səhifə, Məqalə üçün 8-10 səhifə Format: A4, ölçü 12 Şrift: Times New Roman, aşağı və yuxarıdan 2,0 sm., sağdan 1,5 sm, soldan 3 sm, interval 1, abzas 1,25.

Tezis və məqalələrin strukturu:

 1. Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə

 2. Tezis və məqalənin adı böyük hərflərlə, qalın şriftlə

 3. Təmsil etdiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi (əgər varsa)

Təşkilati məsələlərlə bağlı sualları aşağıdakı ünvana göndərə bilərsiniz:

Ünvan: AZ 1143, H.Cavid pr., 115, 2-ci mərtəbə, əlaqə nömrəsi: +994 (012) 539 51 34, (050) 268 22 44

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35