Elm Tarixi İnstitutu beynəlxalq elmi seminar keçirəcək

14.09.2020
img

24 sentyabr 2020-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) təşkilatçılığıyla, Rusiya, Ukrayna, Macarıstan və Azərbaycan alimlərinin iştirakı ilə elmşünaslıq mövzusunda beynəlxalq elmi seminar keçiriləcək.

Seminarda AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli, Rusiyadan REA S.İ.Vavilov adına Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya elmləri namizədi Nadejda Aşeulova və hüquq elmləri doktoru Yuri Baturin, Macarıstan Elmlər Akademiyasının Sosiologiya İnstitutunun professoru Tomas Pal, Ukrayna Milli Elmlər Akademiyasının G. M. Dobrov adına Elmi-Texniki Potensial və Elm Tarixi Araşdırmaları İnstitutundan Lilia Filippovna Kavunenko və digər qonaqlar məruzələrlə çıxış edəcəklər.

İştirakçı ölkələrin elmi qurumları arasında səmərəli dialoqun qurulmasına, həmçinin qarşılıqlı əməkdaşlığın inkişafı məqsədilə təşkil olunan seminar zoom proqramı vasitəsilə online şəraitdə keçiriləcək.


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35