Elm Tarixi İnstitutu Silahlı Qüvvələrin Yardım Fonduna ianə edib

07.10.2020
img

Ölkəmiz üçün çətin və şanlı bir dövrdə istər Azərbaycan əsgər və zabitlərinin göstərdikləri fədakarlıq, istərsə də xalqımızın nümayiş etdirdiyi sarsılmaz birlik, həmrəylik və vətən sevgisi hər bir vətəndaşımızın milli qürur və iftixar hissini daha da gücləndirib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) əməkdaşları da
xalqımızın qürur və güvən yeri olan Azərbaycan Ordusunun yanında olduğunu nümayiş etdirərək Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna ianə edib. Bundan əlavə, İnstitutun Elmi katibi Zaur Əliyev Fizuli rayonunda ön cəbhədə əsgərlərlə görüşərək elmi müəssisə əməkdaşlarının təşkil etdiyi sovqatı çatdırıb.

İnstitutdan bildirilib ki, Azərbaycan Ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, indiki məqamda orduya hərtərəfli dəstəyi mənəvi borc hesab edirik və bu istiqamətdə əlimizdən gələni əsirgəməməliyik.

İnstitutun heyəti Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən rəşadətli ordumuzun yanındadır və bu tarixi günlərdə ordumuza şanlı qələbə arzu edirlər.

Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35