Elm Tarixi İnstitutunun Elmi katibi, dosent Zaur Əliyevin Kubanın beynəlxalq nüfuzlu elmi jurnalında məqaləsi dərc olunub

02.10.2020
img

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin "XX əsrin əvvəllərində erməni-türk qarşıdurmasına baxış" adlı elmi məqaləsi nüfuzlu beynəlxalq xülasələndirmə bazası olan “Web of Science”-də indeksləşən Kubanın University of Cienfuegos Universitetinin La Revista “Universidad y Sociedad” jurnalında dərc edilib.
Ermənilərin 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrlə bağlı yalanlarınının tarixi faktlarla ifşa edildiyi məqalədə Birinci Dünya Müharibəsi zamanı onların türkləri satdığı və vətənlərinə xəyanət etdiyi göstərilib. Yazıda ermənilərin Osmanlı imperiyasının düşmənlərinə qoşulduğu və erməni  beynəlxalq birləşmələrinin Rusiya ordusu ilə birlikdə Qafqaz cəbhəsində çiyin-çiyinə döyüşdüyü açıqlanır. Müəllif qeyd edir ki, onlar türk və gürcü kəndlərini qarət edərək yandırır, mülki insanları qətlə yetirirdilər və əslində soyqırım ermənilərə qarşı deyil, türklərə qarşı baş vermişdir. Yazıda tarixi faklar əsasında sübut edilir ki, tarixdə erməni soyqırımı deyilən bir hadisə olmayıb və bu, beyni zəhərlənmiş ermənilərin uydurması və xəstə təxəyyüllərinin məhsulundan başqa bir şey deyil.
Məqalənin tamı ilə aşağıdakı linkə daxil olaraq tanış olmaq olar:
https://rus.ucf.edu.cu/index.php/rus/article/view/1735?fbclid=IwAR1K2zd87UqFF3bBCTfpFQGmy8MGopY2f0lVAUxTtkmQ5TD-y3kuuoLYIcE

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35