Elm Tarixi İnstitutunun elmi katibi, dosent Zaur Əliyev Prezident Administrasiyasının keçirdiyi tədbirdə çıxış edib

12.02.2021
img

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçığı ilə “Siyasi dialoqun Azərbaycan modeli” mövzusunda ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq institutlarının rəhbər və mütəxəssislərinin iştirakı ilə videokonfrans formatında görüş keçirlib.
Tədbiri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev açaraq Azərbaycanda siyasi mədəniyyətin inkişafı və siyasi dialoq istiqamətində mühüm işlər görülməsi barədə məlumat verib.
Sonra AMEA Hüquq və İnsan Hüquqları İnstitutunun direktoru, professor Aytən Mustafazadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə və digər iştirakçılar çıxış edib və bildiriblər ki, bu gün ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir.
Tədbirdə iştirak edən AMEA Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev də çıxış edərək “Siyasi dialoq sağlam rəqabətin təminatçısı kimi” mövzusunda məruzə edib. Zaur Əliyev bildirib ki, vətən tarixinə şanlı qurtuluş səhifəsi kimi yazılmış 1993-cü ildən etibarən ümummilli lider Heydər Əliyev Azərbaycanda ilk siyasi dialoqu həyata keçirib. Azad medianın yaradılması, azad və şəffaf seçkilərin keçirilməsi, müxalifət partiyalarına parlamentdə təmsil olunmaq kimi imkanların yaradılması məhz ulu öndər Heydər Əliyevin sayəsində baş tutub. Alim bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse prezident ulu öndərin uğurlu siyasətini davam etdirərək ölkədə bərabər imkanlar və siyasi dialoq şəraiti yaradıblar. Çıxışına iqtidar-müxalifət dialoqu bütün digər məsələlərlə yanaşı, ilk növbədə, dövlətin inkişafına xidmət etməlidir fikirləri ilə son verən Z.Əliyev Ali Baş Komandan İlham Əliyevə Azərbaycan xalqına Zəfər günü yaşatdığı üçün təşəkkürünü ifadə edib.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35