ETİ-nin şöbə müdiri, tarixçi Bayram Quliyev beynəlxalq elmi seminarda iştirak edib

22.02.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev 21 fevral 2021-ci il tarixində Kanadanın "Toronto Universitetinin Azərbaycanlı Çalışanları" elmi birliyinin təşkil etdiyi “Bazar günləri müzakirə silsiləsi” adı altında keçirilən elmi seminarda iştirak edib.
Tarixçi müzakirəyə "Kitabi Dədəm Qorqud və onun Türkmən Səhra əlyazma nüsxəsi" mövzusunda məruzəsini təqdim edib. Məruzədə Kitabi Dədəm Qorqud və onun hər üç nüsxəsi haqqında məlumat verilib, eyni zamanda onun Azərbaycan xalqının təşəkkülündəki roluna aydınlıq gətirib. Seminar iştirakçılarının bir çox suallarını cavablandırmış B.Quliyev izləyiciləri, həmçinin Azərbaycan xalqının etnogenezi haqqında da məlumatlandırıb. 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35