Elm Tarixi İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib

05.04.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda Elmi Şuranın növbəti 05 aprel 2021-ci il tarixli 15 saylı iclası keçirilib.
İclasda elmi müəssisənin direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli İnstitutun nəşrə hazırladığı
“Qarabağ tarixinin aktual problemləri” məqalələr toplusunu müzakirəyə təqdim edib. Qeyd olunub ki, topluda “44 günlük müharibədə Azərbaycan diasporunun fəaliyyəti”, “Erməni kilsəsi”, “Düşmən işğalından azad olan Qarabağ abidələri və onların bərpası metodları”, “Çarizmin işğal siyasətinin Azərbaycanın inzibati-ərazi quruluşunda əksi rusdilli mənbələrdə  (İrəvan quberniyası nümunəsində)”, “Dağlıq Qarabağ münaqişəsində ermənilər tərəfindən məhv edilmiş maddi və mənəvi mədəniyyət”, “Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatların sənədlərində”, “Нагорный Карабах: вчера и сегодня в зеркале азербайджанского плаката”, “Qarabağın xrsitian məliklikləri” başlığı altında yazılmış məqalələr cəm olunub.
Sonra  Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin elmi işçisi Elxan Quliyevin “XIII-XVI əsrlərdə Azərbaycanda elm və mədəniyyət (farsdilli əlyazmalar əsasında)” kitabı müzakirə edilib.
Müzakirələrdə hər iki nəşrin Azərbaycan tarix elmi üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Qeyd olunub ki, hər iki nəşr çapa təqdim edilmək üçün tam hazırdır.
İclasda, həmçinin Azərbaycanda elan edilmiş “Nizami ili” ilə əlaqədar
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu ilə birgə keçirilməsi nəzərdə tutulan “Mədəniyyətlərin dialoqu və Nizaminin fəlsəfi irsi” mövzusunda beynəlxalq onlayn konfransa hazırlıq işləri və İnstitutun planlaşdırdığı digər tədbirlər də müzakirə olunub.


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com,
(012) 539 51 35