ETİ-nin şöbə müdiri, tarixçi Bayram Quliyev Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbirdə məruzə edib

01.04.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev 31 mart 2021-ci il tarixində Xudafərin İnkişaf Platformasının Azərbaycanlıların soyqırımına həsr olunmuş "Ermənilərin 31 mart milli -ideoloji terroru" mövzusunda təşkil etdiyi tədbirdə iştirak edib.
B.Quliyev tədbirdə “Ermənilərin Azərbaycana gəlməsi və təcavüzün başlanğıcı” adlı məruzə ilə çıxış edib.  Məruzədə ermənilərin Balkanlardan Anadolu ərazisinə köçü, onların Bizan və Ərəb Xilafəti dövründə etdiyi xainliklər, Elxanlılar zamanında ermənilərin Cənubi Azərbaycana ticarət məqsədli gəlişləri və 1441-ci ildən sonra Azərbaycanın qərbində yaşamağa başlamalarından bəhs olunub. 1828-ci ildən sonrakı erməni vəhşiliyi haqqında məlumat verən tarixçi Qarabağa son səfəri zamanı şəxsi müşahidələri ilə bağlı təəssüratlarını da bölüşüb. 


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35