Elm Tarixi İnstitutunun şöbə müdiri, tarixçi Bayram Quliyev mediaya Qarabağda muzeylərin təşkili ilə bağlı danışıb

10.01.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev “Trend.az”-a, Mədəniyyət və “Elm TV” televiziyalarına Qarabağda muzeylərin təşkili ilə bağlı açıqlama verib.
“Azərbaycanın Qarabağ bölgəsində infrastrukturun bərpası qədər muzeylərin yaradılması da önəmli sayılmalıdır”, – deyən tarixçi bildirib: Qarabağda muzeylərin təşkili üç istiqamətdə aparılmalıdır. Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki çıxışı zamanı işğaldan azad olunmuş rayonlarda muzeylərin yaradılmalı olduğunu deyən şöbə müdiri bildirib ki, insan sadəcə oxumaqla deyil, görməklə və toxunmaqla hadisələri daha geniş şəkildə yaddaşına həkk edir. Eyni zamanda, Azərbaycana səfər edən hər hansı bir qonaq yazılı mətindən daha çox vizual məlumatlara diqqət yetirəcək. Beləliklə, biz öz tariximizi təbliğ edərək informasiya müharibəsində mövcud olan üstünlüyümüzü birə on qat daha artıracağıq".(Açıqlamanın ardı: https://az.trend.az/azerbaijan/society/3361281.html?fbclid=IwAR2qNK7c5-QPo08VbsnDqZEVC8AIfTI7lKKZAul6jmx8oVxGQ_cLbkyR_TM)



ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35