ETİ-nin direktoru Məryəm Seyidbəylinin mediada “Dünya şöhrətli Azərbaycan alimi Cəmil Əliyev” adlı məqaləsi yayımlanıb

05.04.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylinin “525-ci Qəzet” də tanınmış alim, akademik Cəmil Əliyevə həsr olunmuş “Dünya şöhrətli Azərbaycan alimi Cəmil Əliyev” adlı məqaləsi yayımlanıb.

Dünya şöhrətli Azərbaycan alimi Cə­mil Əli­yev

Tibb elminin tarixinə nəzər salsaq, onun inkişaf yolunun qədim zamanlardan başladığını görərik. Tibb elminin inkişafında Azərbaycan öncül mövqelərdən birini tutur. Qeyd olunan dövrlərdə Azərbaycan ərazisində çoxsahəli və özünəməxsus tərzli müalicə- profilaktika işləri kifayət qədər geniş yayılmışdır. Əsrlərdən bəri özünün ulu loğmanları ilə məşhurlaşmış Azərbaycan Kafiəddin Ömər ibn Osman, İsa Riqqinni, Mahmud ibn İlyas və s. kimi tibb tariximizdə mühüm rolu olan alimləri ilə bütün Şərqdə tanınmışdır. Tarixin demək olar ki, bütün dövrlərində alimlərimiz tibbin ən parlaq, ən yaddaqalan səhifələrini yazmışlar. Şərqin ən böyük alimləri Nəsrəddin Tusi, Məhəmməd bin Yusif  bin İlyas, Mə­həm­məd bin Mah­mu­du-Şir­va­ni və başqaları təbabətə dair yazdıqları fundamental əsərləri ilə tibb elmimizi daha da zənginləşdirmişlər.
           Tarixi qaynaqlardan aydın olur ki, Azərbaycanda tibb elmi əsrlər boyu çox böyük inkişaf yolu keçmişdir. Müasir dövrdə də tibb elmi müvəffəqiyyətlə inkişaf etmişdir. Bəhs edilən dövrdə Azərbaycanda peşəkar alimlər yetişmişdi. Orta əsr Azərbaycan  alimlərinin davamçısı, o cümlədən müasir tibb elminin inkişafında mühüm rolu olan dahi şəxsiyyətlərdən biri də  akademik Cə­mil Əziz oğ­lu Əli­yevdir.
            Cə­mil Əli­yev 1968-ci il­də N.Nə­ri­ma­nov ad. Azər­bay­can Döv­lət Tibb İns­ti­tu­tu­nu bi­tir­miş­dir. Ali mək­tə­bi bi­tir­dik­dən son­ra Azər­bay­can Döv­lət Hə­kim­lə­ri Tək­mil­ləş­dir­mə İns­ti­tu­tu­nun “On­ko­lo­gi­ya” ka­fed­ra­sın­da baş la­bo­rant ki­mi əmək fəa­liy­yə­ti­nə baş­la­mış­dır. O dövr­də ka­fed­ra­ya gör­kəm­li Azər­bay­can on­ko­lo­qu, pro­fes­sor Arif Ab­ba­sov rəh­bər­lik edir­di. İlk gün­lər­dən Cə­mil Əli­yev on­ko­lo­gi­ya el­mi­nə xü­su­si ma­raq gös­tər­di və pro­fes­sor A.Ab­ba­so­vun rəh­bər­li­yi al­tın­da el­mi- təd­qi­qat iş­lə­ri­nə baş­la­dı.1973-cü il­də Cə­mil Əli­yev “On­ko­lo­gi­ya” ix­ti­sa­sı üz­rə “Alt do­da­ğın də­ri­si­nin və ağız boş­lu­ğu­nun se­lik­li qi­şa­sı­nın xər­çən­gi­nin di­aq­nos­ti­ka­sı və müa­li­cə­si” möv­zu­sun­da na­mi­zəd­lik dis­ser­ta­si­ya­sı mü­da­fiə et­miş­dir. Mü­vəf­fə­qiy­yət­li mü­da­fiə­dən son­ra gənc alim­də el­mi təd­qi­qat­la­rı­nı mü­əy­yən bir is­ti­qa­mət­də da­vam et­dir­mək is­tə­yi ya­ra­nır və o, Mosk­va­da SSRİ Tibb Elm­lə­ri Aka­de­mi­ya­sı­nın Ümu­mit­ti­faq On­ko­lo­ji El­mi Mər­kə­zi­nin dok­to­ran­tu­ra­sın­da təh­si­li­ni da­vam et­dir­mək qə­ra­rı­na gə­lir. 1978-ci il­də o, bu­ra­da “Də­ri­nin me­la­no­mu və xər­çən­gi za­ma­nı plas­tik cər­ra­hiy­yə əmə­liy­ya­tı” möv­zu­sun­da dok­tor­luq dis­ser­ta­si­ya­sı­nı mü­da­fiə et­miş­dir.  1978-ci il­də C.Əli­yev Azər­bay­can SSR Sə­hiy­yə Na­zir­li­yi­nin  El­mi-Təd­qi­qat Rent­ge­no­lo­gi­ya, Ra­dio­lo­gi­ya və On­ko­lo­gi­ya İns­ti­tu­tu­nun “Ümu­mi On­ko­lo­gi­ya” (ha­zır­da Mil­li On­ko­lo­gi­ya Mər­kə­zi­nin) şö­bə­si­nə rəh­bər­lik edir. 1980-ci il­dən 1990-cı ilə qə­dər ey­ni ins­ti­tut­da el­mi iş­lər üz­rə di­rek­tor müa­vi­ni və­zi­fə­sin­də ça­lış­mış­dır və 1990-cı il­dən bu gü­nə qə­dər Azər­bay­can Res­pub­li­ka­sı Sə­hiy­yə Na­zir­li­yi­nin Mil­li On­ko­lo­gi­ya Mər­kə­zi­nin Baş di­rek­to­ru və­zi­fə­sin­də ça­lı­şır. 1987-ci il­də SSRİ Ali At­tes­ta­si­ya Ko­mis­si­ya­sı tə­rə­fin­dən el­mi kadr­la­rın ha­zır­lan­ma­sı sa­hə­sin­də xid­mət­lə­ri­nə gö­rə ona “On­ko­lo­gi­ya” ix­ti­sa­sı üz­rə pro­fes­sor el­mi adı ve­ril­miş­dir. Pro­fes­sor C.Ə.Əli­yev 1994-cü il­dən in­di­yə­dək Azər­bay­can Res­pub­li­ka­sı Sə­hiy­yə Na­zir­li­yi­nin  Ə.Əli­yev ad. Azər­bay­can Döv­lət Hə­kim­lə­ri Tək­mil­ləş­dir­mə İns­ti­tu­tu­nun On­ko­lo­gi­ya ka­fed­ra­sı­nın mü­di­ri­dir. Bu gün C.Ə.Əli­yev süd və­zi­lə­ri­nin, baş və bo­yun yum­şaq to­xu­ma­la­rı­nın di­aq­nos­ti­ka­sı və müa­li­cə­si üz­rə Azər­bay­can­da apa­rı­cı mü­tə­xəs­sis­lər­dən bi­ri­dir. O, Azər­bay­can­da müa­sir kli­ni­ki on­ko­lo­gi­ya­nın və süd və­zi xər­çən­gi­nin di­aq­no­zu və müa­li­cə­si üz­rə el­mi  mək­tə­bin ba­ni­lə­rin­dəndir. Cə­mil Əli­yev 2004-cü il­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin im­za­la­dı­ğı “On­ko­lo­ji yar­dım haq­qın­da” Qa­nu­nun və “Xər­çəng xəs­tə­lə­ri­ni hə­ya­ti şiş əley­hi­nə pre­pa­rat­lar­la tə­mi­na­tı üz­rə Döv­lət Proq­ra­mı”nın ha­zır­lan­ma­sın­da ya­xın­dan iş­ti­rak et­miş­dir. Cə­mil Əli­yev Mər­kə­zin ye­ni bi­na­la­rı­nın in­şa­sı mə­sə­lə­si­nin həl­li­nə çox səy gös­tər­miş­dir. Pro­fes­sor C.Ə.Əli­yev Ba­kı­da və Mosk­va­da nəşr olun­muş 17 mo­noq­ra­fi­ya­nın (on­lar­dan bi­ri in­gi­lis di­lin­də), tə­lə­bə­lər üçün bir sı­ra dərs­lik­lə­rin, həm­çi­nin 10 ix­ti­ra­nın və 600-ə ya­xın dərc olun­muş el­mi işin mü­əl­li­fi­dir. Təd­qi­qat­la­rı­nın nə­ti­cə­lə­ri ba­rə­də C.Ə.Əli­yev də­fə­lər­lə həm res­pub­li­ka­da, həm də xa­ric­də, xü­su­sən, Ru­si­ya, İn­gil­tə­rə, Al­ma­ni­ya, Fran­sa, Avst­ri­ya, İta­li­ya, Tür­ki­yə, Ya­po­ni­ya, ABŞ və Öz­bə­kis­tan­da ke­çi­ri­lən bey­nəl­xalq konq­res­lər­də, qu­rul­tay və konf­rans­lar­da çı­xış et­miş­dir. Bey­nəl­xalq el­mi ic­ti­ma­iy­yə­tin bö­yük fo­rum­la­rın­da et­di­yi el­mi mə­ru­zə­lər da­im bö­yük ma­ra­ğa sə­bəb ol­muş və xa­ri­ci mü­tə­xəs­sis­lər tə­rə­fin­dən dəs­tək­lən­miş­dir. Onun el­mi rəh­bər­li­yi ilə tibb üz­rə fəl­sə­fə dok­to­ru el­mi də­rə­cə­si al­maq üçün 48, tibb elm­lə­ri dok­to­ru el­mi də­rə­cə­si üçün 9 dis­ser­ta­si­ya mü­da­fiə edil­miş­dir. 1993-cü il­dən bu gü­nə qə­dər C.Ə.Əli­yev Mil­li On­ko­lo­gi­ya Mər­kə­zin­də “On­ko­lo­gi­ya”, “Şüa di­aq­nos­ti­ka­sı” və “Şüa te­ra­pi­ya­sı” ix­ti­sas­la­rı üz­rə na­mi­zəd­lik dis­ser­ta­si­ya­la­rı­nın mü­da­fiə­si üz­rə Dis­ser­ta­si­ya Şu­ra­sı­nın səd­ri­dir. O, 1979-cu il­dən bu gü­nə qə­dər Res­pub­li­ka On­ko­loq­lar El­mi-Tib­bi Cə­miy­yə­ti­nin, 1988-ci il­də “Hə­kim­lər Nü­və Mü­ha­ri­bə­si­nə Qar­şı” bey­nəl­xalq təş­ki­la­tı­nın Azər­bay­can Ko­mi­tə­si­nin səd­ridir. 1991-ci il­dən pro­fes­sor C.Ə.Əli­yev Lon­don Uni­ver­si­te­ti nəz­din­də­ki Ham­mers­mit hos­pi­ta­lı­nın fəx­ri pro­fes­so­ru, 1995-ci il­dən isə Nyu-York Elm­lər Aka­de­mi­ya­sı­nın hə­qi­qi üz­vü­dür. 1996-cı il­dən onun adı İn­gil­tə­rə­nin Kemb­ric Bey­nəl­xalq Bib­li­oq­ra­fik Mər­kə­zi­nin dün­ya in­tel­lek­tu­al­la­rı ara­sın­da “Kim kim­dir” bib­li­oq­ra­fik top­lu­su­na da­xil edil­miş­dir. 1997-ci il­dən Cə­mil Əli­yev Av­ro­pa on­ko­loq­la­rı Cə­miy­yə­ti­nin üz­vü­dür, 1998-ci il­də isə o, Ru­si­ya Tə­bi­ət Elm­lə­ri Aka­de­mi­ya­sı­nın hə­qi­qi üz­vü se­çil­miş­dir. 2010-cu il­də pro­fes­sor C. Əli­yev Av­ro­pa Tə­bi­ət Elm­lə­ri Aka­de­mi­ya­sı­nın hə­qi­qi üz­vü se­çil­di. Elə hə­min il Gür­cüs­tan Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın aka­de­mi­ki se­çil­di.
        Be­lə­lik­lə, dün­ya­da on­ko­lo­gi­ya el­mi­nin müx­tə­lif sa­hə­lə­ri­nin in­ki­şa­fı­na töh­fə ve­rən alim­lər­dən bi­ri ki­mi ta­nın­maq­la ya­na­şı, Azər­bay­can Res­pub­li­ka­sı Sə­hiy­yə Na­zir­li­yi­nin Mil­li On­ko­lo­gi­ya Mər­kə­zi­nin baş di­rek­to­ru, Azər­bay­can Tibb Elm­lə­ri Aka­de­mi­ya­sı­nın aka­de­mi­ki, Ru­si­ya Tibb Elm­lə­ri Aka­de­mi­ya­sı­nın, Av­ro­pa Tə­bi­ət Elm­lə­ri Aka­de­mi­ya­sı­nın, Türk Dün­ya­sı Araş­dır­ma­la­rı Bey­nəl­xalq Elm­lər Aka­de­mi­ya­sı­nın, Ru­si­ya Tə­bi­ət Elm­lə­ri Aka­de­mi­ya­sı­nın hə­qi­qi üz­vü, elə­cə də On­ko­lo­ji El­mi Bir­li­yi və On­ko­lo­ji El­mi Cə­miy­yə­ti ki­mi dün­ya­ca nü­fuz­lu qu­rum­la­rın üz­vü­dür. 2000-ci il­də tibb elm­lə­ri dok­to­ru, pro­fes­sor Cə­mil Əziz oğ­lu Əli­yev “Əmək­dar elm xa­di­mi” fəx­ri adı­na la­yiq gö­rül­müş­dür. 2001-ci il­də o, Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın, ey­ni za­man­da Ru­si­ya Tibb Elm­lə­ri Aka­de­mi­ya­sı­nın aka­de­mi­ki se­çil­di. Elə hə­min il C.A.Əli­yev Bey­nəl­xalq Ekoe­ner­ji Aka­de­mi­ya­sı­nın aka­de­mi­ki adı­na la­yiq gö­rül­dü. On­ko­lo­gi­ya sa­hə­sin­də yük­sə­kix­ti­sas­lı mü­tə­xəs­sis ki­mi aka­de­mik C.Ə.Əli­yev tək­cə öl­kə­miz­də de­yil, xa­ric­də də ge­niş ta­nı­nıb. Ye­ni­lik­çi bi­li­yi olan qa­baq­cıl on­ko­loq cər­rah Cə­mil Əli­yev süd və­zi­si, də­ri və baş və bo­yun şiş­lə­rin­də mü­rək­kəb cər­ra­hi əmə­liy­yat­lar hə­ya­ta ke­çi­rir.

Cə­mil Əli­yev süd və­zi­lə­ri­nin xər­çən­gi xü­su­sən də re­zek­si­ya­da və mas­tek­to­mi­ya­da müx­tə­lif də­yi­şik­lik­lər za­ma­nı  bu or­qa­nın cər­ra­hiy­yə təc­rü­bə­sin­də mü­hüm rol oy­na­yan cər­ra­hi mü­da­xi­lə tək­li­fi irə­li sür­müş­dür. Onun rəh­bər­li­yi ilə Azər­bay­can­da süd və­zi, də­ri və di­gər or­qan­la­rın şiş­lə­ri­nin ara­dan qal­dı­rıl­ma­sı üçün el­mi təd­qi­qat­lar apa­rıl­mış və ha­zır­da bu iş­lər uğur­la da­vam et­di­ri­lir. Cə­mil Əli­yev xəs­tə­lər­də trav­ma­tik gös­tə­ri­ci­lə­rin məh­dud­laş­dı­rıl­ma­sı­na im­kan ve­rən əmə­liy­yat­dan əv­vəl­ki müa­li­cə­nin ye­ni me­tod­la­rı­nı ha­zır­la­mış və sə­hiy­yə prak­ti­ka­sın­da tət­biq et­miş­dir. Nə­ti­cə­də or­qan­sax­la­yı­cı cər­ra­hiy­yə əmə­liy­yat­lar ke­çir­mək im­kan­la­rı xey­li ge­niş­lən­di. Döş xər­çən­gi­nin komp­leks rea­bi­li­ta­si­ya-bər­pa müa­li­cə­sin­də is­ti­fa­də olu­nan ori­ji­nal ci­haz­la­rın ya­ra­dıl­ma­sı ək­sər xəs­tə­lə­rin tam hə­ya­ta və ic­ti­mai fay­da­lı işə qa­yıt­ma­sı­na im­kan ya­rat­dı. Aka­de­mik C.Ə.Əli­ye­vin bu pro­ses­də bi­la­va­si­tə iş­ti­ra­kı sa­yə­sin­də hə­ya­ta ke­çi­ril­miş apa­rı­cı komp­leks təc­rü­bə tət­biq olun­duq­dan son­ra əlil­lə­rin sa­yı 2,5 də­fə aza­lıb. Bun­dan əla­və, süd və­zi­si xər­çən­gi­nin in­ki­şaf mər­hə­lə­lə­ri­nin Bey­nəl­xalq Təs­ni­fa­tı­na edi­lən dü­zə­liş­lər bu xəs­tə­lik­dən əziy­yət çə­kən xəs­tə­lə­rin müa­li­cə tak­ti­ka­sı­nın də­yiş­di­ril­mə­si­nə şə­ra­it ya­rat­dı.

Aka­de­mik C.Ə.Əli­ye­vin apar­dı­ğı təd­qi­qat iş­lə­ri ey­ni za­man­da bəd­xas­sə­li və xoş­xas­sə­li süd və­zi­si xər­çən­gi olan xəs­tə­lər­də he­pa­tit B və C vi­rus­la­rı­nın ya­yıl­ma­sı­na da həsr olun­muş­dur. İlk də­fə bu təd­qi­qat­lar sü­but et­di ki, süd və­zi­si xər­çən­gi­nin müa­li­cə­sin­də he­pa­tit B-nin giz­li for­ma­sı or­qa­niz­min və­ziy­yə­ti­nə son də­rə­cə mən­fi tə­sir gös­tə­rir. Bu təd­qi­qat­la­rın nə­ti­cə­lə­ri ilk də­fə “Süd və­zi­si və qa­ra­ci­yər xər­çən­gi­nin funk­sio­nal və­ziy­yə­ti” (1996) və “On­ko­lo­ji xəs­tə­lik­lər za­ma­nı subk­li­nik qa­ra­ci­yər pa­to­lo­gi­ya­sı” (2016) mo­noq­ra­fi­ya­la­rın­da nəşr olun­muş­dur.

Pro­fes­sor Cə­mil Əli­yev bir sı­ra ix­ti­sas­laş­mış jur­nal­la­rın, xü­su­sən “Azər­bay­can Tibb Jur­na­lı” (1988-ci il­dən), “Azər­bay­can He­ma­to­lo­gi­ya və On­ko­lo­gi­ya Jur­na­lı” (in­di­ki Azər­bay­can On­ko­lo­gi­ya Jur­na­lı - 1995-ci il­dən bu gü­nə qə­dər baş re­dak­to­ru), “Sağ­lam­lıq” (1995-ci il­dən bu gü­nə qə­dər), “Биомедицина” (2003-cü il­dən bu gü­nə qə­dər) jur­nal­la­rı­nın re­dak­si­ya he­yət­lə­ri­nin üz­vü­dür.

2006-cı il­də aka­de­mik C.Əli­yev “Şöh­rət” or­de­ni, ”Sə­hiy­yə əla­çı­sı” ni­şa­nı (1984), aka­de­mik N.N.Pet­rov adı­na SSRİ Tibb Elm­lə­ri Aka­de­mi­ya­sı­nın (1980), Azər­bay­can Res­pub­li­ka­sı Sə­hiy­yə Na­zir­li­yi­nin Y.Məm­mə­də­li­yev (1996) və M.Top­çu­ba­şov ad. mü­ka­fat­la­rı ilə təl­tif edil­miş­dir (2003). Ey­ni za­man­da bir sı­ra nü­fuz­lu bey­nəl­xalq mü­ka­fat­la­rın sa­hi­bi­dir. O cüm­lə­dən, Cə­mil Əli­yev Bey­nəl­xalq Ekoe­ner­ji Aka­de­mi­ya­sı­nın bö­yük qı­zıl me­da­lı ilə təl­tif edi­miş­dir (2011). O, Da­ğıs­tan Res­pub­li­ka­sı­nın əmək­dar elm xa­di­mi­dir (2011). 2015-ci il­də Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı C.Əli­ye­vi aka­de­mik M.Mir­qa­sı­mov mü­ka­fa­tı ilə təl­tif et­di. Elə hə­min il dün­ya­nın ən məş­hur cər­rah­la­rı­na ve­ri­lən N.Pi­ro­qov or­de­ni və “Türk dün­ya­sı­na xid­mə­tə gö­rə” Bey­nəl­xalq Bö­yük Qı­zıl Me­dal­la təl­tif edil­miş­dir. 2015-ci il­də Cə­mil Əli­ye­və “Av­ro­pa­nın fəx­ri ali­mi” adı və Vil­helm Leyb­nits me­da­lı ve­ril­di. 2016-cı il­də Cə­mil Əli­yev No­bel mü­ka­fa­tı lau­rea­tı İ.P.Pav­lov ad. Qı­zıl döş ni­şa­nı, Azər­bay­can Res­pub­li­ka­sı­nın “Şə­rəf” or­de­ni və Da­ğıs­tan Res­pub­li­ka­sı­nın “Və­tə­nə sev­gi” me­da­lı ilə təl­tif edi­lib. Elə­cə də, elm və təh­sil sa­hə­sin­də uğur­la­rı­na gö­rə Bey­nəl­xalq “Sağ­lam­lıq və Eko­lo­gi­ya” Aka­de­mi­ya­sı­nın tək­li­fi­nə əsa­sən, “Sər­həd­siz Elm” (WOS­KO) Ümum­dün­ya El­mi Əmək­daş­lıq Təş­ki­la­tı­nın Qı­zıl me­da­lı ilə təl­tif edil­miş­dir. 2018-ci il­də aka­de­mik C.Əli­yev Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­nın Bey­nəl­xalq Mü­ka­fat­lar Şu­ra­sı tə­rə­fin­dən “Elm və Sülh El­çi­si” adı­na la­yiq gö­rül­müş­dür. 2020-ci ildə Azərbaycanın Milli Elmlər Akademiyasının üzvü seçilmişdir.

Apardığımız tədqiqatlardan göründüyü kimi tərəqqipərvər ziyalımızın tibb elminin inkişafında böyük xidmətləri olmuşdur. Dünya şöhrətli alimimizi yubileyi münasibətilə ürəkdən təbrik edir və bu səmərəli fəaliyyətində ona uğurlar arzulayırıq.

https://525.az/news/165365-dunya-sohretli-azerbaycan-alimi-yubiley-yazisi


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35