ETİ-nin direktoru Məryəm Seyidbəylinin mediada “Dünya şöhrətli Azərbaycan alimi Cəmil Əliyev” adlı məqaləsi yayımlanıb

09.04.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylinin “525-ci Qəzet” də tanınmış alim, akademik Cəmil Əliyevə həsr olunmuş “Dünya şöhrətli Azərbaycan alimi Cəmil Əliyev” adlı məqaləsi yayımlanıb.

Dünya şöhrətli Azərbaycan alimi Cə­mil Əli­yev

Tibb elminin tarixinə nəzər salsaq, onun inkişaf yolunun qədim zamanlardan başladığını görərik. Tibb elminin inkişafında Azərbaycan öncül mövqelərdən birini tutur. Qeyd olunan dövrlərdə Azərbaycan ərazisində çoxsahəli və özünəməxsus tərzli müalicə- profilaktika işləri kifayət qədər geniş yayılmışdır. Əsrlərdən bəri özünün ulu loğmanları ilə məşhurlaşmış Azərbaycan Kafiəddin Ömər ibn Osman, İsa Riqqinni, Mahmud ibn İlyas və s. kimi tibb tariximizdə mühüm rolu olan alimləri ilə bütün Şərqdə tanınmışdır. Tarixin demək olar ki, bütün dövrlərində alimlərimiz tibbin ən parlaq, ən yaddaqalan səhifələrini yazmışlar. Şərqin ən böyük alimləri Nəsrəddin Tusi, Məhəmməd bin Yusif  bin İlyas, Mə­həm­məd bin Mah­mu­du-Şir­va­ni və başqaları təbabətə dair yazdıqları fundamental əsərləri ilə tibb elmimizi daha da zənginləşdirmişlər. (Məqalənin ardı: http://historyofscience.az/content/407)

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35