ETİ-nin şöbə müdiri, tarixçi Bayram Quliyevin həmmüəllifi olduğu “Türk Söz ilə Kültür Varlığının İzində” adlı kitab nəşr olunub

06.01.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin həmmüəllifi olduğu “Türk Söz ilə Kültür Varlığının İzində” adlı kitab nəşr olunub.
Türk Dil Dərnəyi və Türk Dilbilim Araşdırmalarının birgə səyi və professor Timur Kocaoğlunun redaktorluğu ilə Türkiyədə nəşr olunan kitab 2020-ci ilin dekabrında işıq üzü görüb.
Kitab Türk dünyasından bir neçə tədqiqatçının həmmüəllifliyi ilə çap olunub. Elm Tarixi İnstitutunun əməkdaşı B. Quliyev isə kitabın “Kültür varlığı” adlı ikinci bölümündə “Kitabi Dədəm Qorqud”un araşdırılması tarixinə dair materialların müəllifidir. Alim bu bölümdə “Kitabi Dədəm Qorqud”un Avropa, Rusiya, Türkiyə, Mərkəzi Asiya və Azərbaycan tədqiqatçıları haqqında geniş məlumat verib. Həmçinin, bölümdə “Kitabi Dədəm Qorqud”un yeni tapılan “Türkmən Səhra” əlyazma nüsxəsinin tədqiqatçılarına da yer ayırıb.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35