ETİ-nin Baş elmi işçisi, hüquq üzrə elmlər doktoru, dosent Zaur Məmmədovun müəllifi olduğu kitab nəşr olunub

06.01.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Baş elmi işçisi, hüquq üzrə elmlər doktoru, dosent Zaur Məmmədovun müəllifi olduğu “Hüquq elminin təşəkkülü, formalaşmasi və inkişafinin xüsusiyyətləri (tarix və müasirlik)” adlı monoqrafiyası nəşr olunub. Kitabın elmi redaktoru Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylidir.
Bilavasitə hüququn özünə həsr edilməmiş olan kitab xüsusi olaraq hüquq elminin cəmiyyət həyatının hansısa mərhələsində təşəkkül tapması və formalaşması haqqındadır. Əsər özünün ən ilkin əlaməti – normativliyi ilə seçilən, son dərəcə mürəkkəb, çoxşaxəli və eyni zamanda da ziddiyyətli sosial hadisə olan hüququn müstəqil bir elm kimi inkişafının xarakterik xüsusiyyətlərindən bəhs edir.
Kitab ali təhsil müəssisələrinin hüquq fakültələrinin tələbələri, doktorantlar, müəllimlər və elmi işçilər üçün nəzərdə tutulub.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35