Elm Tarixi İnstitutu müsabiqə elan edir

26.04.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Vakant yerlər müəssisənin Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin aparıcı elmi işçisi və Beynəlxalq əlaqələr şöbəsinin Baş mütəxəssisi vəzifəsinədir.

Aparıcı elmi işçi vakansiyası üçün müsabiqədə Azərbaycan və rus dillərini mükəmməl bilən, sosiologiya, psixologiya, iqtisadiyyat, fəlsəfə və tarix üzrə fəlsəfə və elmlər doktorları iştirak edə bilərlər.

Beynəlxalq əlaqələr şöbəsinin Baş mütəxəssisi vəzifəsi üçün isə müsabiqədə Azərbaycan və rus dillərini mükəmməl bilən, magistr dərəcəsi olan şəxslər və fəlsəfə doktorları iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən etibarən 1 ay müddətində təqdim edilməlidir.

Ünvan: AZ 1143, H.Cavid prospekti 115 (2-ci mərtəbə),
Tel.: (+994 12) 539 51 34,
E-mail: elmtarixi@gmail.com

 ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35