ETİ-nin şöbə müdiri, tarixçi Bayram Quliyev beynəlxalq konfransda iştirak edib

26.04.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev 24 aprel 2021-ci il tarixində Qazaxıstanın paytaxtı Nur Sultan şəhərində “Qazaxıstan və Türk dünyası: sosial elmlər sahəsindəki aktual problemlər” (“Kazakhstan and the Turkic world: actual problems in the field of social sciences”) mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.
B.Quliyev konfrans iştirakçılarının diqqətinə
“Elxanilər dövründə texniki və təbiət elmləri” mövzusunda tezisini çatdırıb. Tezisdə Elxanilər dövründə elm və onun sahələri, elmin inkişafının müxtəlif mərhələləri və digər məsələlər haqqında məlumatlar yer alıb.
Qazaxıstan Dövlət Tarixi İnstitutu
Qazaxıstanın Respublika Gənc Tarixçilər Birliyi tərəfindən təşkil olunmuş konfransda bütün türk dövlətlərindən, eləcə də Rusiya Federasiyasının Muxtar Türk Respublikalarından qatılan gənc elm adamları təmsil olunublar.
Tezisin tam mətni və PDF slaydı ilə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:

https://www.researchgate.net/.../351082700_The_Technical,
https://www.academia.edu/.../The_Technical_and_Natural...

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35