ETİ-nin elmi katibi, dosent Zaur Əliyevin mediada “Amerikanın “erməni planı” və Cümhuriyyətin tanınmaması” adlı yeni yazısı yayımlanıb

26.04.2021
img

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin mediada “Amerikanın “erməni planı” və Cümhuriyyətin tanınmaması” adlı yeni yazısı yayımlanıb. Tarixi faktlarla əsaslandırılmış yazının siyasi aktuallığını nəzərə alaraq təqdim edirik.

Amerikanın “erməni planı” və Cümhuriyyətin tanınmaması

Bir neçə gün öncə Zəngəzurun ermənilərə verilməsinin Amerika planlarından biri olduğuna dair yazdığım statusa bəzi insanlar irad tutdular. Əslində bu yazı bu gün Amerika Prezidenti Baydenin çıxışı zamanı "erməni soyqırımı” ifadəsini işlədəyəciyinə proqnozlaşdırılmış idi. Bir neçə müddət idi ki, biz bilirdik ki, ABŞ Türkiyə, dolayası olaraq da Azərbaycana təsir kimi ermənilərə dəstək verəcək idi. Bu hadisəni gözləyirdik. Amerika bu gün özünü Rusiya ilə düşmən kimi göstərsə də əslində ikisinin də erməni məsələsində marağı eynidir.  1856-cı ildə dünyada erməni məsələsi çıxan gündən bəri Amerika və Rusiya ermənilərə dövlət yaratmaq, Osmanlıları parçalamaq uğrunda eyni cəhbədə dururlar.  1827-ci ildə Amerika və Rusiyanın erməni  məsələsində mövqeyi belə idi: " erməni amilindən yararlanaraq Osmanlı dövləti ilə Azərbaycanın və burdan da Mərkəzi Asiya daxil olmaqla Çinə qədər olan bir ərazidə türk yolunun, məcazi mənada desək, sərhədlər arasında əlaqəni kəsmək.” (Məqalənin ardı: http://historyofscience.az/content/425)

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35