ETİ-nin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski beynəlxalq konfransda iştirak edib

29.04.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski Qazaxıstanın görkəmli filosofu Sadaqi Bulekbayevin 75 illiyinə həsr edilmiş “Müstəqil Qazaxıstanın transformasiya prosesində aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.
E.Talışınki konfranda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfi problemləri” şöbəsinin müdiri, professor Sakit Hüseynov ilə birgə hazırladıqları “Müasir beynəlxalq münasibətlərdə davamlı inkişafın perspektivləri” adlı məruzəni bölüşüb.
Azərbaycanla Qazaxıstan arasındakı əlaqələrə xüsusi yer verilmiş məruzədə tarixi, geosiyasi, iqtisadi, elmi və oxşar maraqların kəsişdiyi iki ölkənin qarşılıqlı münasibətlərinin möhkəmləndirilməsi və strateji müttəfiqlik bazasında daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Bir sıra ölkələrdən olan alimlərin iştirak etdiyi konfransda məruzəçilərimiz Azərbaycanın haqq mübarizəsində qalib gəlməsi ilə bütün regionun təhlükəsizliyinin sabitliyinə yeni qədəm qoyulması, postkonflikt dövründə regiona bir çox Avropa və Şərq dövlətləri tərəfindən marağın artmasını diqqətə çatdırıblar.
Qeyd edək ki, Azərbaycanlı alimlərin birgə hazırladıqları məruzə Qazaxıstanda keçirilmiş beynəlxalq elmi-praktik konfransın məqalələr məcmuəsində də dərc edilib.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35