ETİ-nin elmi katibi, dosent Zaur Əliyevin "Qondarma erməni soyqırımı ABŞ-Türkiyə münasibətlərində" adlı yeni kitabı işıq üzü görüb

05.08.2021
img


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin "Qondarma erməni soyqırımı ABŞ-Türkiyə münasibətlərində" adlı yeni kitabı işıq üzü görüb.
Kitabda XIX əsrin sonundan başlayaraq müasir dövrə qədər olan erməni iddialarının əsas səbəbləri ABŞ-Türkiyə münasibətləri müstəvisində tədqiq edilib. Kitabda “erməni məsələsi”nin meydana gəlməsi, iri dövlətlərin Osmanlı siyasəti, Anadoluda erməni qiyamlarının törədilməsi, ermənilərin Osmanlı dövlətinin parçalanmasında iştirakı, dinc türk əhalisinin erməni millətçi ekstremistləri tərəfindən qətlə yetirilməsi, ermənilərin “soyqırım” iddiaları və pərdəarxası məqamları faktoloji materiallar əsasında təhlil edilir.
Kitabda qeyd olunur ki, ermənilər müxtəlif yalanlar uyduraraq ayrı–ayrı adamları, dövlət və hökumət rəhbərlərini inandırmağa çalışmış, qondarma “erməni soyqırımı”nı qəbul etdirməyə cəhdlər etmiş, bəzən də istədiklərinə nail ola bilmişlər. Ancaq erməni yalanları ayaq tutsa da, yeriməmiş, sonralar ifşa olunmuşdur. Ermənilərin tarixi yalanlarının ən çox yayıldığı ölkə ABŞ-dır. Məhz ABŞ-Türkiyə münasibətlərində erməni diaspor və lobbisinin fəaliyyəti, uydurma “soyqırımın” tanıdılması istiqamətində gördükləri işin tədqiq edilməsi mühüm əhəmiyyət kəsb edir.
"Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr edilən araşdırma
sayca müəllifin 16-cı kitabıdır.  

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35