Elm Tarixi Institutu “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar”mövzusunda II Beynəlxalq elmi konfransını keçirəcək

13.08.2021
img

15 oktyabr 2021 il tarixində keçiriləcək

“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” adlı

II Beynəlxalq Elmi Konfrans barədə

 

MƏLUMAT

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutu (ETİ) elm tarixi və elmşünaslığın öyrənilməsində aktual məsələlərin müzakirəsinə həsr olunmuş “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda II Beynəlxalq elmi konfrans təşkil edir.

Konfransda iştirak etmək üçün yerli və xarici alimlər, elmi-tədqiqat müəssisələrinin əməkdaşları və universitet müəllimləri dəvət olunur.


Konfransın proqramı:

Konfrans proqramı çərçivəsində plenar iclasın keçirilməsi və bölmələr üzrə mövzu ətrafında müzakirələrin aparılması nəzərdə tutulur. Konfransın nəticələrindən ibarət konfrans materialları toplusu nəşr olunacaqdır.

Müraciət formalarının və tezislərin qəbulundan sonra konfransın proqramı son olaraq formalaşdırılacaq və konfrans iştirakçılarına göndəriləcəkdir.


Konfransın keçiriləcəyi məkan və vaxtı:
Beynəlxalq elmi konfrans 15 oktyabr 2021-ci ildə ZOOM platforması vasitəsilə onlayn keçiriləcəkdir. Hər bir konfrans iştirakçısına konfransa qoşulmaq üçün link göndəriləcəkdir.


Konfransın aşağıdakı istiqamətlər üzrə təşkil edilməsi planlaşdırılır:

1. “Tarixşünaslıq, mənbəşünaslıq və elm tarixinin metodologiyası”

2. “Təbiət və dəqiq elmlər tarixi”

3. Humanitar və ictimai elmlər tarixi

4. “Elm adamları və elmi məktəblər”

5. “Elmşünaslıq və elmin populyarlaşdırılması”


Bölmələrin sayı və adı Təşkilat Komitəsi tərəfindən daxil olan məruzələrin mövzuları öyrənildikdən sonra tənzimlənə bilər.


Konfransda iştirakın forma və şərtləri


Konfransda iştirak etmək üçün müraciət formalarının göndərilməsi və iştirakçıların qeydiyyatı qaydası:

Konfransda iştirak etmək üçün müraciət formaları (Əlavə 1) və tezisləri 01 oktyabr 2021-ci il tarixindən gec olmayaraq elektron qaydada Təşkilat Komitəsinin aşağıdakı poçt ünvanına təqdim etmək lazımdır: jhsss.hs.anas@gmail.com


Əlavə məlumat:

Qəbul edilən tezislər haqqında məlumatın verilməsi: 01 oktyabr 2021-ci il

Məqalələrin göndərilməsi üçün son tarix: 01 oktyabr 2021-ci il


Tezis və məqalələrin tərtibi qaydaları:

Həcm: Tezis üçün 300 söz, Məqalə üçün 2000-2500 söz

Məqalələrdə istinadlar APA style ilə verilməlidir.


Tezis və məqalələrin strukturu:

1. Tezis və məqalənin adı

2. Müəllifin soyadı, adı, atasının adı

3. Təmsil etdiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi


Konfransın işçi dilləri: azərbaycan, rus, ingilis.


Ünvan: AZ 1143, H.Cavid pr., 115, 2-ci mərtəbə

Telefon: +994 (012) 539 51 34, (050) 268 22 44



Əlavə 1


15 oktyabr 2021 il tarixində keçiriləcək “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” adlı II Beynəlxalq Elmi Konfranda iştirak edənlər üçün müraciət

FORMASI


1. İştirakçı haqqında məlumat

Ad, soyad, ata adı

 

İşlədiyi müəssisənin adı

 

Vəzifəsi

 

Elmi dərəcə, elmi ad

 

Е-mail:

 

Əlaqə nömrəsi

 



ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35