Elm Tarixi Institutu “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar”mövzusunda II Beynəlxalq elmi konfransını keçirəcək

13.08.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) 15 oktyabr 2021-ci il tarixində elm tarixi və elmşünaslığın öyrənilməsində aktual məsələlərin müzakirəsinə həsr olunmuş “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda II Beynəlxalq elmi konfransını keçirəcək.
Konfransda iştirak etmək üçün yerli və xarici alimlər, elmi-tədqiqat müəssisələrinin əməkdaşları və universitet müəllimləri dəvət olunur.

Konfrans proqramı çərçivəsində plenar iclasın keçirilməsi və bölmələr üzrə mövzu ətrafında müzakirələrin aparılması nəzərdə tutulur. Konfransın nəticələrindən ibarət konfrans materialları toplusu nəşr olunacaqdır. Müraciət formalarının və tezislərin qəbulundan sonra konfransın proqramı son olaraq formalaşdırılacaq və konfrans iştirakçılarına göndəriləcəkdir.

Beynəlxalq elmi konfrans ZOOM platforması vasitəsilə onlayn keçiriləcəkdir. Hər bir konfrans iştirakçısına konfransa qoşulmaq üçün link göndəriləcəkdir.

Konfrans elm tarixinin Tarixşünaslıq, mənbəşünaslıq və elm tarixinin metodologiyası”, “Təbiət və dəqiq elmlər tarixi”, Humanitar və ictimai elmlər tarixi”, “Elm adamları və elmi məktəblər”, “Elmşünaslıq və elmin populyarlaşdırılması” istiqamətləri üzrə təsnifatlandırılıb. Bölmələrin sayı və adı təşkilat komitəsi tərəfindən daxil olan məruzələrin mövzuları öyrənildikdən sonra tənzimlənəcək.

Konfransda iştirak etmək üçün müraciət formaları (Əlavə 1) və tezisləri 01 oktyabr 2021-ci il tarixindən gec olmayaraq elektron qaydada təşkilat komitəsinin aşağıdakı poçt ünvanına təqdim edilməlidir: jhsss.hs.anas@gmail.com.

Qəbul edilən tezislər haqqında məlumatın verilməsi və məqalələrin göndərilməsi üçün son tarix  01 oktyabr 2021-ci il nəzərdə tutulub.

Daha ətraflı məlumat üçün linkə daxil olun: http://historyofscience.az/content/463


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35