ETİ-nin “Elm tarixi və elmşünaslıq” jurnalının “Nizami Gəncəvi ili”nə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb

17.09.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) “Elm tarixi və elmşünaslıq” jurnalının “Nizami Gəncəvi ili” nə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb. Buraxılış Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncamına əsasən hazırlanıb.
Azərbaycanın böyük mütəffəkkiri, dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılıığının müxtəlif aspektlərdən araşdırıldığı məqalələr toplusu yeni və nəşr olunmamış maraqlı sənədlər, çoxsaylı elmi-ədəbi, fəlsəfi faktlarla, spesifik məlumatlarla zəngindir.
Topluda İnstitutun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylinin “Nizami Gəncəvinin əsərlərində elmi biliklərin əksinə dair”, Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin “Böyük azərbaycanlı şair Nizami Gəncəvi haqqında ilkin farsdilli qaynaqlar”, elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Nizami Gəncəvi və onun doğum yeri haqqında mübahisəli məsələlərə dair”, Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınskinin “Nizami Gəncəvi dövründə elmə və elm adamlarına verilən dəyər”, aparıcı elmi işçi, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Məmmədovanın “Nizami Gəncəvi yaradıcılığında ideal  dövlət”, Tərcümə və informasiya şöbəsinin müdiri Aynur Nəzərovanın “Nizami Gəncəvi və onun əsərlərində Azərbaycan türkcəsi”, elmi işçilərAybəniz Osmanovanın “Nizami Gəncəvi poeziyası dəqiq elmlərin dili”,  Röya Mirzəbəyovanın “Yan Rıpkanın tədqiqatlarında “Azərbaycan Məktəbi” və Nizami Gəncəvi”, Elxan Quliyevin “Nizami Gəncəvi yaradıcılığında insan kimliyini formalaşdıran amillər”, Solmaz Namazovanın isə  “XII əsr Azərbaycan intibahı və Nizami Gəncəvi” mövzusunda məqalələri yer alıb.
Ədibin dünya və Azərbaycan ədəbiyyatında, fəlsəfə və elmi tarixindəki özünəməxsus yerini əks etdirən toplu N.Gəncəvinin həyat və yaradıcılığı ilə maraqlanan bütün oxucular üçün uyğundur.

Daha ətraflı məlumat üçün linkə müraciət edə bilərsiniz: https://jhsss.net/issue

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com,
(012) 539 51 35