Elm Tarixi İnstitutunun direktoru beynəlxalq elmi dəyirmi masada iştirak edib

17.09.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli 16 sentyabr 2021-ci il tarixində Rusiya Elmlər Akademiyasının S.İ.Vavilov adına Təbiət elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının təşkilatçılığıyla keçirilmiş beynəlxalq dəyirmi masada iştirak edib.

Sankt-Peterburqdan təşkil olunan onlayn tədbir tanınmış rusiyalı alim, professor Eduard Izrailevich Kolçinskinin (1944–2020)  xatirəsinə həsr olunub.  

Məryəm Seyidbəyli  dəyirmi masada çıxış edərək professor Eduard Kolçinski ilə bağlı xatirələrini bölüşüb. Onunla ilk görüşünün Sankt-Peterburqda beynəlxalq konfransda baş tutduğunu bildirən M.Seyidbəyli  onun fikirlərini nə qədər aydın ifadə etdiyinə və necə gözəl bir natiq olduğuna xüsusi heyranlığını xatırladıb. O, Kolçinskini görkəmli alim, elm təşkilatçısı, biologiya, sosial elmlərin tarixi üzrə mütəxəssis və məşhur təbiətşünas alimlər – N.I.Vavilov və V.I.Vernadskinin həyat və yaradıcılıqlarının müəllifi, 1000-dən çox elmi və populyar elmi nəşrin və 10-la monoqrafiyanın müəllifi kimi xarakterizə edib.
Qeyd edək ki
, dünyanın ayrı-ayrı ölkələrindən qatılmış alimlərin iştirakıyla keçirilmiş beynəlxalq tədbirdə görkəmli alimin həyat və yaradıcılığına həsr olunmuş 10-la məruzə dinlənilmiş və həmçinin onun əsərlərindən ibarət onlayn sərgi təşkil edilmişdir.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35