Elm Tarixi İnstitutunun əməkdaşları Şəhidlər Xiyabanında Vətən Müharibəsi şəhidlərini anıblar

27.09.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) əməkdaşları 27 sentyabr – Anım Günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət ediblər.
ETİ əməkdaşları Vətən Müharibəsində
qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin məzarları üzərinə tər güllər düzüb, onların müqəddəs xatirəsi qarşısında baş əyiblər.
Qeyd edək ki, Elm Tarixi İnstitututu 22 senytabr 2021-ci il tarixində 27 Sentyabr Anım Gününə və
44 günlük Zəfər müharibəsinin ildönümünə həsr olunmuş “Qarabağ zəfərinə gedən yol” adlı elmi seminar keçirib. Tədbirdə vətən şəhidlərinin əzəmətli ruhları sayğı duruşu  ilə yad edilib və mövzu ətrafında məruzələr dinlənilib.
Məlumat üçün bildirək ki, sentyabrın 27-si Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Azərbaycanda Anım Günüdür və bu gün səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com,
(012) 539 51 35