ETİ-nin şöbə müdiri Elvin Talışınski Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilmiş konfransda iştirak edib

05.10.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə Gəncədə keçirilmiş konfransda iştirak edib.

Səfər çərçivəsində Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxlərin xatirəsini anmaq üçün dağılan ərazilər ziyarət edilib. Sonra Gəncə şəhəri Heydər Əliyev Mərkəzində 44-günlük savaş zamanı informasiya sahəsində aktiv olan ictimai fəallarla birgə konfrans keçirilib. Konfrans iştirakçıları sonda Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq təşkilatlara bəyannamə ünvanlayıb.


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35