AMEA-nın Elm Tarixi İnstitutunun direktoru Rusiyada elmi ezamiyyətdə olub

02.04.2019 11:04
img

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olub.

S.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialı tərəfindən təşkil edilən 39-cu beynəlxalq konfransda iştirak edən azərbaycanlı alim "Elmi qurumların əməkdaşları intellektual resursları birləşdirən element kimi" mövzusunda məruzəsini təqdim edib. O, AMEA və Rusiya Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələrinin birgə həyata keçirdiyi layihələr, imzalanmış ikitərəfli müqavilələr barədə məlumat verib.

Səfər çərçivəsində M.Seyidbəyli, həmçinin S.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya üzrə fəlsəfə doktoru Nadejda Aşeulova, rusiyalı alim, professor U.Baturin, o cümlədən Yaponiya, Ukrayna və Belarusdan olan görkəmli alimlərlə görüşüb. Görüşlərdə qarşılıqlı maraq kəsb edən ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib.