Elm Tarixi İnstitutu “Xalqımızın zəfər tarixi” mövzusunda elmi seminar keçirib

05.11.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) 05 noyabr 2021-ci il tarixdə 44 günlük Zəfər müharibəsində qazanılmış tarixi qələbənin ildönümünə həsr olunmuş “Xalqımızın zəfər tarixi” adlı onlayn elmi seminar keçirib.
Tədbiri giriş sözü ilə açan Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru, professor  Məryəm Seyidbəyli qeyd edib ki, müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı parlaq zəfərlər, şanlı qələbələr tariximizin səhifələrinə qızıl hərflərlə həkk olunub. Professor bildirib ki, öz haqqı uğrunda əvvəldən axıra kimi ləyaqətlə, inamla mübarizə aparan, bu müharibədən qalib çıxan Azərbaycan “8 noyabr 2020-ci il” təqvimi Azərbaycan tarixinin şanlı səhifəsinə qələbə günü kimi qızıl hərflərlə yazılıb. Məhz, həmin gün Azərbaycanın rəşadətli ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi təmin olunub.
Tədbirdə qonaq qismində çıxış edən Qarabağ müharibəsi Qazisi, tarixçi-jurnalist, şair Emin Piri döyüş xatirələrindən danışıb. Qələbənin Azərbaycan tarixində mühüm rol oynadığını bildirən natiq qeyd edib ki, bu gün biz zəfər gününü xüsusi təntənə ilə qeyd edirik və əminik ki, gələcək nəsillər də bu günü bizim kimi qeyd edəcəklər.
Elmi seminarda İnstitutun əməkdaşları – Mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov, Elm tarixinin nəzəri və metodoloji şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru  Bayram Quliyev Bayram Quliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Fail Kazımov, Tərcümə və informasiya şöbəsinin müdiri Aynur Nəzərova çıxış edərək “8 Noyabr Zəfər Günü”nün əhəmiyyəti barədə danışıb və Azərbaycan xalqının əzmkarlığı sayəsində qazanılan qələbənin mühüm bir tarixi hadisə olduğunu bildiriblər.
Qeyd olunub ki, 8 noyabr 2021-ci il tarixdə Şuşa şəhərinin azad edilməsi tariximizə “Zəfər Günü” kimi əlamətdar bir səhifənin yazılmasına səbəb oldu. Məhz, hər il bu gün qələbə əzmini yaşadan və xatırladan zəfər dastanı kimi tariximizin təqvimində öz yerini tutacaqdır.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35