ETİ-nin direktoru professor Məryəm Seyidbəylinin “Azərbaycanlı alim Nəsirəddin Tusinin əlyazma irsi” adlı kitabı Sankt-Peterburqda işıq üzü görüb

05.11.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) direktoru, tarix elmləri doktoru,professor Məryəm Seyidbəylinin “Azərbaycanlı alim Nəsirəddin Tusinin əlyazma irsi” adlı kitabı Sankt-Peterburqda işıq üzü görüb.
AMEA
Elm Tarixi İnstitutunun elmi şurasının 27 noyabr 2020-ci il tarixli 13 saylı iclasının qərarı ilə çap olunub. Kitabın elmi məsləhətçisi AMEA Tarix İnstitutunun Baş elmi işçisi, akademik Nərgiz Axundova, rəyçi isə Rusiya Elmlər Akademiyası, S.İ.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Roman Fandodur.
Nəsirəddin ət-Tusinin “Risalətüt-Tibb” əlyazmalarının ərəb və fars dillərində faksimilələri mövcuddur. Bu əlyazmalar Azərbaycan tarixşünaslığında ilk dəfə Azərbaycan və rus dillərinə tərcümə edilərək məhz bu nəşrdə əks olunub.
Alimin həyat yolu və yaradıcılığının əsas mərhələləri araşdırıldığı – “Nəsirəddin ət-Tusi”, “Nəsirəddin ət-Tusinin müəllimləri”, “Nəsirəddin ət-Tusi Ələmutda”, “Marağa rəsədxanası”, “Nəsirəddin ət-Tusinin vəfatı”, “Nəsirəddin ət-Tusinin övladları”, “Nəsirəddin ət-Tusinin dövründə yaşamış görkəmli şəxsiyyətlər”, “Nəsirəddin ət-Tusinin əməkdaşları”, “Nəsirəddin ət-Tusinin şagirdləri”, “Nəsirəddin ət-Tusinin digər müasirləri”, “Nəsirəddin ət-Tusi dövrünün alimləri”, “Nəsirəddin ət-Tusinin elmi irsi”, “Riyaziyyat, astronomiya”, “Tarix, fəlsəfə, sosiologiya, hüquq”, “Tibb, Risalətüt tibb”, “Xacə Nəsirəddin ət-Tusinin əsərləri” bölmələrindən ibarət olan
kitab humanitar və təbiət elmləri üzrə mütəxəsislər, eləcə də bütün oxucular üçün nəzərdə tutulub.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35