ETİ-nin şöbə müdiri Elvin Talışınski Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilmiş işgüzar səfərdə iştirak edib

27.12.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski Azərbaycan Respublikası Prezident Administrasiyası və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş Cəbrayıl rayonununa baş tutan səfərdə iştirak edib.

Səfər çərçivəsində Ermənistanın və onu dəstəkləyən terror qruplaşmalarının 1993-cü ildə işğal etdiyi Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsü və “Dostluq” bulağı da ziyarət edilib.

Səfər müddətində xalqımızın yaddaşında dərin iz buraxan 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun böyük qəhrəmanlığı, Ali Baş Komandanın sərkərdə səriştəsi nəticəsində qədim tarixə malik Xudafərinin işğaldan azad edilməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim yurd yerlərində törətdiyi vəhşiliklər və cinayətlər barədə müzakirələr aparılıb.
Yol boyu erməni vəhşiliyinin qurbanı olan kəndlər, dağıdılmış məzarlıqlar kadra alınıb.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35